Accessibility links

Filippində Yeni İl gecəsi bomba partlayışı


Filippinin cənubunda Yeni İl gecəsində bomba hücumu 6 nəfərin həyatına son qoyub, 6 nəfər isə yaralanıb.

Filippin ordusu bildirir ki, Basilian adasındakı Sumisip şəhərində baş verən hücumda əldə qayırma partlayıcı qurğudan istifadə olunub.

Hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyiv və hücumun motivi də nəlii deyil.

Əbu-Səyyaf da daxil olmaqla, Əl-Qaidəyə bağlı yaraqlı qrupların adada fəaliyyət göstərdiyi məlumdur.

Əbu-Səyyaf Filippinin cənubunda bomba hücumları, oğurluq və başkəsmə hadisələrinə görə ittiham olunur.
XS
SM
MD
LG