Accessibility links

Azərbaycan Filippinə yardım göndərib


Filippində Hayyan qasırğası

Filippində Hayyan qasırğası

Hayyan qasırğası ölkədə minlərlə insanın tələfatına, çoxsaylı evlərin dağılmasına səbəb olub

2013-cü ildə baş vermiş Hayyan qasırğasının fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti Filippinə 200 min ABŞ dolları məbləğində vəsait ayırıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, vəsait BMT-nin Ümumdünya Ərzaq Proqramının Filippində həyata keçirdiyi humanitar yardım proqramları vasitəsilə zərərçəkmiş əhalinin əsas qida ehtiyaclarının qarşılanmasına sərf ediləcəkdir.

Hayyan qasırğası 2013-cü ilin noyabrın 8-də olub. Təbii fəlakət Filippində minlərlə insanın tələfatı və yüzlərlə evin tamamilə dağılması, qida, su və digər ilkin ehtiyac məhsullarında kəskin şəkildə qıtlığa səbəb olub.

Yaranmış humanitar böhranın miqyasını nəzərə alaraq, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Filippin hökuməti və BMT beynəlxalq ictimaiyyətə birgə müraciət edib.
XS
SM
MD
LG