Accessibility links

"Abra - Kadabra" - Hollivud üçün rekvizitlər hazırlayan şirkət [Video]


Kəllələr, skeletlər, kəsilmiş bədən üzvləri vahiməli filmlərin əsas atrubutlarıdır. Los-Ancelesdə yerləşən bir şirkət Hollivud filmləri və həvəskarlar üçün belə rekvizitlər hazırlayır.

Hollivudun “Abra-Kadabra“ biznesindən Bicey Vinslo bu şirkətdə əl, baş, qanlı ayaqlar kimi vahiməli bədən hissələrinin hazırlanması üçün maye rezinin qəliblərə töküldüyünü deyir. “Siz istədiyiniz vaxt hansısa bədən hissəsini rəflərdən götürə bilərsiniz. Ya da biz sifarişçinin istədiyi kimi düzəldə bilərik.

X-Men filmi də daxil edilməklə, demək olar ki, bütün vahiməli filmlər üçün rekvezitlər bu şirkətdə hazırlanır. Bu şirkət televiziya serialları, cinayət, eləcə də tibb və elm haqda filmlər üçün də sifarişlər qəbul edir. “Biz cəsəd istəyən hər kəsin, kim olursa olsun fəri yoxdur, sifarişini qəbul edirik. Biz filmlər və televiziya serialları üçün çox iş görürük, bədən orqanları, öldürülənlər, yəni bu yönümdə hər şey hazırlayırıq. Biz eləcə də, Halovin bayramı üçün rekvizitlər hazırlayırıq” - deyə, Bicey Vinslo bildirir.

Bütöv bir cəsədin hazırlanması 3 gün aparır. Bicey Vinslo: “Biz cinayət trillerləri üçün rekvizit hazırlayanda qətlin necə baş verdiyini öyrənir və bundan sonra öz işimizə başlayırıq. Bəzi şeylər isə şənləmək üçündür.”

Qəddarcasına kəsilmiş əl və ya ayaq 40 və ya 50 dollardır. Daha spesifik baş 100 dollar ola bilər. Rezindən hazırlanmış balta və ya çəkiclər Hollivud filmləri üçündür.
Baş daşları və ya tabutlar əsasən icarəyə götürülür və ABŞ, Avropa və Asiyaya belə aparılır.

Bütün bunlar Hollivudun yaratdığı illüziyalardır və bu dar amma mühüm bir məqsədə xidmət edir.
XS
SM
MD
LG