Accessibility links

Amerikanın bəzi məktəblərində şagirdlər tarixi qeyri-adi yolla öyrənir [Video]


Amerika məktəbliləri tarixi qeyri-adi yolla öyrənir
please wait

No media source currently available

0:00 0:03:21 0:00

Amerika məktəbliləri tarixi qeyri-adi yolla öyrənir

Virciniya ştatının bəzi məktəblərində şagirdlər bu bölgədə 1861-1865-ci illərdə baş verənləri oxumaqla deyil, film çəkməklə öyrənməyə çalışırlar. Yeniyetmə rejissorlar Amerika tarixinə yeni perspektivdən nəzər salırlar.

12-13 yaşlarındakı uşaqlar müharibə dövrünü olduğu kimi göstərmək üçün, quraşdırdıqları müvəqqəti körpünü də nümayiş etdirirlər. O vaxtlar belə bir müvəqqəti körpünü əsgərlər Rapidan çayını keçmək üçün kiçik qayıqları yan-yana düzərək, üstlərinə taxta lövhə qoymuşdular. Beləliklə, həmin körpudən istifadə edən Şimal əsgərləri Konfederasiya ordusunu Cəngəllik Döyüşündə məğlub etmişdilər.

General rolunu ida edən Şon Lor tez bir zamanda quraşdırılan həmin körpülərin ordu üçün nə dərəcədə əhəmiyyətli olduğunu öyrəndiyini deyir. “Həmin körpülərdən atlar, arabalar, əsgərlər keçib. Hamı keçdikdən sonra körpülər yığılıb və əsgərlər istifadə olunan hissələri özləri ilə aparıblar.”

Bu, şagirdlər tərəfindən çəkilən Vətəndaş Müharibəsinə həsr edilmiş filmlərdən biridir. Bu layihəyə Müqəddəs Torpaqlara Səyahət fndu sponsorluq edir. Qurum Pennsilvaniya ştatından tutmuş Virciniyayadək Vətəndaş Müharibəsinin qanlı döyüşlərinə səhnə olmuş yerlər haqda ictimai biliyi artırır. Təşklatın Maarifləndirmə Proqramının direktoru Cessi Okuen deyir ki, vodkastlar faydalı məqsədə qulluq edir:
“Biz bu videoları internetə qoya bilər, ölkə boyu, eləcə də dünya boyu müəllimlər həmin videolardan siniflərdə dərs zamanı istifadə edə bilərlər.”

Məsləhətçilərin köməyi ilə uşaqlar ssenari yazır və videonu montaj edirlər. Aleksis Albert burada iştirak etməklə, Vətəndaş Müharibəsinin tarixi haqda çox şey öyrənib.
“Beləliklə mən hər bir şagirdin oxuduğundan daha çox şey öyrəndim,”

Ssenariyə əsasən uşaqlar əllərində tüfəng tutan əsgərlər kimi çayı keçməlidirlər.
Buna görə Hərbi Milli Parkın bir hissəsindən istifadə edilir. Parkın təhsil üzrə koordinatoru Piter Moql uşaqlara süni silahları necə tutmağın qaydasını öyrədir.
Piter Moql: “Biz lahiyə üçün bu yerin və belə bir proqramın nəyə görə vacib olduğunu onların başa düşdüyünə ümid edirik.”

Digər bir çəkiliş yeri isə döyüşlərin baş verdiyi Elvud Meynor plantasiyasıdır. Bu uşaqlar müharibə dövründə həmin plantasiyada yaşayan qadının gündəliyi haqda film çəkirlər. Filmin rejissoru, şagird Con Eşli müharibə dövründəki insan həyatı barədə məlumatlandığını deyir. “Tarix kitablarında biz müharibələr və digər hadisələr barədə öyrənirik. Lakin burada biz o dövrdə yaşayan insanlar barədə də öyrənirik.”

Kinorejissor Gil Honq tarixlə bağlı film çəkən bu uşaqlara yardım edir.
XS
SM
MD
LG