Accessibility links

Festivalın keçirilməsinə hüquq-mühafizə və təhlükəsizlik orqanı müdaxilə edib. Festivala insan hüquqları, sosial, iqtisadi və mədəni problemlər mövzusunda 6 film daxildir

Aprelin 12-də Bakıda CAUCADOC - bizim hüquqlar və bizim gələcək” mövzusunda sənədli film festivalı start götürüb.

Festival “Demokratiya Naminə İncəsənət” (Art for democracy) kampaniyası, “Azad Gənclik” Gənclər Hərəkatı tərəfindən Çexiya İnkişaf Agentliyinin həyata keçirdiyi regional kino layihəsi olan CAUCADOC-la birgə keçirilir.

Festival təşkilatçıları tədbirin keçirilməsi üçün yer axtararkən problemlərlə qarşılaşıblar. Bakının bütün kinoteatrları və böyük otelləri zallarını icarəyə verməkdən imtina edib. Bundan sonra tədbirin EL hərəkatının ofisində keçirilməsi planlaşdırılıb, lakin hərəkat özü ofisdən çıxarılıb.

Son anda Vətəndaş Həmrəyliyi Partiyası ilə festivalın partiya ofisində keçirilməsi haqqında razılıq əldə edilib. Amma bura da hakimiyyətin müdaxiləsi olmadan ötüşməyib. Tədbir başlamazdan əvvəl yerli icra hakimiyyətinin nümayəndələri “kəşfiyyata” gəliblər, daha sonra isə bir neçə avtomobillə polis gəlib. Onlara tədbirin maarifləndirici xarakter daşıdığı bildirilib və çağırılmamış qonaqlar ofisi tərk ediblər. Lakin sonradan MTN nümayəndələri tədbirə gəlib və filmlərin etibarlı olub-olmadığına baxmağa başlayıblar.

“Azad Gənclik” Hərəkatının sədri Ülvi Həsənlinin verdiyi məlumata görə, festival üç gün davam edəcək və 6 film nümayiş olunacaq. Hər bir film nümayişindən sonra ekspertlər tərəfindən qiymətləndiriləcək və müzakirələr baş tutacaq.
CAUCADOC meneceri Şarka Zahradnikova qeyd edib ki, layihənin məqsədi Cənubi Qafqazda sənədli film sahəsini inkişaf etdirməkdir.

Festival proqramına hələlik müxtəlif ölkələrdə insan hüquqları, sosial, iqtisadi və mədəni problemlər mövzusunda çəkilmiş 6 film daxildir.

Show comments

XS
SM
MD
LG