Accessibility links

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı açılır


I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı-logo

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı-logo

Açılışda Jerar Depardyenin iştirakı ilə Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" sənədli filmi nümayiş olunacaq

Noyabrın 20-dən 24-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, noyabrın 20-də saat 17.30-da Nizami Kino Mərkəzində festivalın münsiflər heyətinin, təşkilat komitəsi nümayəndələrinin və xarici kinematoqrafçıların iştirakı ilə mətbuat konfransı olacaq.

Noyabrın 20-də saat 19:00-da açılış filmi olaraq, məşhur fransız aktyoru Jerar Depardyenin iştirakı ilə Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" sənədli filmi nümayiş olunacaq.

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının rəsmi sponsoru Garant Holding, sponsoru Nar Mobile, rəsmi tərəfdaşı "JW Marriot Absheron Baku" hotelidir.
XS
SM
MD
LG