Accessibility links

ABŞ telekanalı "Çirkli varlı" proqramında Azərbaycandan bəhs etdi (VİDEO)

  • Amerikanın səsi

ABŞ telekanalı "Çirkli varlı" proqramında Azərbaycandan bəhs etdi (VİDEO)

ABŞ telekanalı "Çirkli varlı" proqramında Azərbaycandan bəhs etdi (VİDEO)

Dünən ABŞ-ın CNBC telekanalında tanınmış araşdırmaçı Skot Kohnun "Filthy Rich" (Çirkli zənginlər) araşdırma proqramı efirə gedib. Bir saat davam edən və çirkli pulların yuyulması, o cümlədən beynəlxalq korrupsiyadan bəhs edən proqram həmin axşam 4 dəfə təkrar olunub. Proqramda əsasən ABŞ-da milyonlarla dollar dəyərində olan mülklərin və avtomobillərin sahibi Ekvatorial Qvineyadan Obianqlar ailəsinin çirkli pulları ABŞ-a necə keçirməsindən və Azərbaycan prezidenti İlham Əliyevin övladının 11 yaşı olarkən Palma Cümeyra adalarında 9 imarəti hansı yollarla almasından, ölkə vətəndaşlarının isə aşağı həyat səviyyəsində yaşadığından danışılıb. Azərbaycana səfər edən Skot Kohn ölkədəki yaşayış şəraitini də nümayiş etdirib. Jurnalist ölkənin 11 yaşlı sakininin bu villaları necə aldığını sual edib. O, Nyu-Yorkda keçirilən mərasimdə Azərbaycan prezidentinin qızı Leyla Əliyevadan da ailəsinin bu gəlirləri necə əldə etdiyini soruşub. Proqramda habelə tanınmış blogger Emin Milli və ABŞ-Azərbaycan Ticarət Palatasının rəhbəri Mahir İsgəndərin fikirlərinə yer verilib.

Proqramın Azərbaycana həsr edilmiş hissəsini aşağıdakı videodan izləyin:

XS
SM
MD
LG