Accessibility links

Financial Times : Azərbaycanın qaz sərvətləri uğrunda ağır artilleriya rəqabəti

  • Azerbaijani Service

Financial Times : Azərbaycanın qaz sərvətləri uğrunda ağır artilleriya rəqabəti

Financial Times : Azərbaycanın qaz sərvətləri uğrunda ağır artilleriya rəqabəti

FT müxbiri Deyvid Bleyr (David Blair) zəngin neft və qaz yataqlarına malik olan Azərbaycanın qərbin əsas enerji daşıcıyılarından biri olmaq üçün böyük qonşularla balanslı siyasət yürütdüyünü yazır. O yazır ki, ölkədəki diplomatlar prezident İlham Əliyevin məharətli oyun oynadığını deyirlər. Onun yazdığına görə, cənab Əliyev Azərbaycanın post-sovet müstəqilliyini qorumaq və qərblə müttəfiq olmaq istəyir, eyni zamanda, müşahidəçilər rəsmi səviyyədə korrupsiya səviyyəsindən narahatlığını bildirdiyi halda, o öz hakimiyyətini saxlamaq üçün kifayət qədər gəlir toplamağa çalışır. “Respublikaçı Alternativ Hərəkatının həmsədəri İlqar Məmmədov bildirir ki, korrupsiya piramidanın sementidir. Onlar korrupsiyanı azaltmağa çalışsalar, sistem dağıla bilər”.

Şahdəniz yatağının istismarı və rəqib kəmərlərdən birini seçməklə, cənab Əliyevin qaz üçün müstəqil ixracat yolu seçəcəyini deyən müəllif yazır ki, 2017-ci ilə qədər Şahdəniz yatağından çıxarılacaq qazın həcmi Avropanının Rusiyadan enerji sahəsində asılılığını azaldaraq, qitəni təbii qazla təmin etmək imkanı yaradır. Lakin müəllifin sözlərinə görə, Azərbaycan Rusiyaya əlverişli qarşılıq ola bilsə də, sabitlik modelindən hələ xeyli uzaqdır. “İlham Əliyevin avtoritar rejimi Yaxın Şərqdə hadisələrdən ruhlanan xalqın etiraz nümayişlərini yatırır. Lakin nümayişlər nə cənab Əliyevin hakimiyyət rıçaqları, nə də onun öz ölkəsini mühüm qaz ixracatçısına çevirmək ambisiyalarına təhlükə yarada bilməz”-deyə müəllif qeyd edir.

Kəmərin inşası Azərbaycan qazını Avropada müştərilərə çatdıracaq . Bunun üğrunda üç konsorsium arasında mübarizə gedir və qərar bu il çıxarılacaq. Belə olduğu halda FT yazır ki, Avropanın strateji zəifliklərindən birinin əlacı tapılacaq. Bunun üçün düzgün kəmərin seçilməsi ən vacib məsələlərdən biridir deyən müəllif, Avropa Komissiyasının ən uğurlu variant hesab etdiyi Nabucco layihəsini qeyd edir. Layihəyə dəstək onun ucuzluğu deyil, həm də onun Avropanın hər yerinə qazın çatdırılması imkanı verməsinə görə cəlbedici görünməsi ilə izah edilir. Lakin Nabucconun həcmi Azərbaycanın təkfli etdiyi həcmdən üç dəfə artıqdır və buraya əlavə qaz mənbələrinin cəlb edilməsi vacibdir. Şahdəniz konsorsiumu oktyabr ayının 1-ə qədər formal tarifflərinin təqdim edilməsini istəyir. Tərəfdaşlar qərar verəcək, son söz isə Azərbaycanın olacaq. Bu son qərarda isə iqtisadi, yoxsa siyasi seçim üstünlük təşkil edəcək, deyə müəllif sual verir.

FT müxbiri İsabel Qorst (Isabel Gorst) isə Moskvadan yazır ki, Ermənistanla münaqişə Azərbaycanın yeni kəmər layihələrinə mane ola bilər. Dağlıq Qarabağ münqaişəsi hər iki ölkədə cəmiyyətdə birlik yaratmaq və yerli problemlərdən diqqəti yayındırmaqda istifadə edilən siyasi alətə çevrilib, deyən müəllif qeyd edir. Onun yazdığına görə, Rusiya son zamanlar Qafqazda dondurulmuş münaqişələrin yenidən baş qaldırmaması üçün nüfuzunu artırmağa səy göstərir. Müəllif yazır ki, təhlilçilərin fikrincə, Moskva Azərbaycandan qaz ehtiyalarına şirniklənərək, hərbi bazalara malik olduğu Ermənistana Dağlıq Qarabağ məsələsində təzyiqləri artıra bilər.

XS
SM
MD
LG