Accessibility links

Financial Times Türkiyəni Misir üçün model olaraq göstərir

  • Amerikanın səsi

Financial Times Türkiyəni Misir üçün model olaraq göstərir

Financial Times Türkiyəni Misir üçün model olaraq göstərir

Financial Times qəzeti ərəb dünyasında azadlıq hərəkatının başladığını qeyd edərək yazır ki, Avropa İttifaqı bu prosesə dəstək verməlidir. Qəzet yazır ki, hərəkatların dini fanatizm ünsüründən azad olması ərəb ölkələrində repressiv rejimlərin devrildiyi halda, onların yerini ektremistlərin tutacağı haqda iddiaların əsassız olduğunu göstərir.

Financial Times azadlıq yolunda ifrat millətçilik, iqtisadi qeyri-müəyyənlik, sərhəd münaqişələri, hətta vətəndaş müharibəsi kimi problemlərin çıxa biləcəyini qeyd edir. Lakin Avropa yolun sonunda qazana biləcəyini diqqətdən qaçırmamalıdır, deyə qəzet yazır. Bu da öz xalqları ilə ləyaqətlə davranan Şimali Afrika və Yaxın Şərq ölkələri ilə daha etibarlı və daha konstruktiv əməkdaşlıq münasibətlərindən ibarətdir.

Financial Times burada Türkiyəni ərəb ölkərinə nümunə olaraq göstərərək, ölkədə siyasi və iqtisadi sahələrdə intensiv müasirləşdirmə prosesi getdikcə, islami meylli hökumətin hakimiyyətə gəldiyi demokratik və dəyərli bir tərəfdaş olduğunu qeyd edir. Qəzet yazır ki, bəzi Avropa İttifaqının bəzi ölkələrinin Türkiyənin birliyə daxil olmasına qarşı davamlı şəkildə çıxmasını bəlkə reallıq kimi qəbul etmək olar. Lakin Misir və Tunis kimi sahibkar orta sinfin mövcud olduğu ölkələr Avropanın köməyilə siyasi plüralizmin və iqtisadi tərəqqinin mövcud olduğu Türkyə modeli istiqamətində inkişafına kömək edə bilər.

Financial Times-ın yazdığına görə Avropa İttifaqı Birləşmiş Ştatlar, Kanada, Türkiyə və başqa müttəfiqlərin köməyi ilə ərəb dünyasında müstəqil ədliyyə sisteminin gücləndirilməsi, siyasi pluralizm, kiçik və orta biznes, azad mətbuat və vətəndaş qruplarının inkişaf etdirilməsi kimi sahələrdə kömək etmək işinə cəlb olunmalıdır.

XS
SM
MD
LG