Accessibility links

İlham Əliyev hökuməti QHT-lər barədə qanunları dörd ay ərzində dəyişməlidir - əks təqdirdə, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüslərindən (EITI) kənarlaşdırılacaq, Financial Times qəzeti yazır.

Təşəbbüs qrupunun son addımı Azərbaycanın qaz boru kəməri layihələrinə ayrılacaq milyardlarla dollar həcmində krediti təhlükə altına alır.

Azərbaycan QHT-lərə qoyduğu sərt məhdudiyyətləri aradan qaldırmalı, ələlxüsus onlardan hər iki ildən bir registradiyadan keçmək haqda tələbi ləğv etməlidir.

Osloda qərargahlanan təşkilat avtoritar mahiyyətli Azərbaycanda siyasi islahatların həyata keçirilməsində önəmli rol oynamağa başlayıb, qəzet yazır.

Dövlət şirkətlərini və QHT-ləri bir araya gətirən EITI 2015-ci ildə siyasi repressiyaları əsas gətirərək Azərbaycanın üzvlük dərəcəsini endirmişdi.

Bu gün təşkilatın idarə heyəti Azərbaycanın qismən proqres etdiyini, lakin vətəndaş cəmiyyətinin azad şəkildə fəaliyyət göstərməsi üçün məkanın mövcud olmadığını qeyd edib. Təşkilat rəsmi Bakıya QHT maliyyəşləməsi və registrasiyaları haqda qanunu dəyişmək üçün dörd ay möhlət verib.

Neft qiymətlərinin ucuzlaşdığı bir dönəmdə Azərbaycanın beynəlxalq kreditorlardan asılılığı artıb.

Neft qiymətlərinin ucuzlaşdığı bir dönəmdə Azərbaycanın beynəlxalq kreditorlardan asılılığı artıb.

Cənub Qaz Dəhlizini maliyyəşələşdirməyə çalışan Azərbaycan hökuməti Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq lenderlərlə danışıqlar aparır. BP və Türkiyə hökumətinin səhmdar olduqları $46 milyard dollar həcmindəki layihə Azərbaycanın Xəzər Dənizindəki qaz yataqlarını birbaşa Avropa bazarına birləşdirəcək.

EITI aydın edib ki, Azərbaycan QHT-lərə qoyduğu sərt məhdudiyyətləri aradan qaldırmalı, ələlxüsus onlardan hər iki ildən bir qeydiyyatdan keçmək haqda tələbi ləğv etməlidir.

XS
SM
MD
LG