Accessibility links

ABŞ Senatı maliyyə uçurumundan yayınmaq planını təsdiq etdi


ABŞ Senatı maliyyə uçurumunun qarşısını almaq və xərclərin azaldılması üçün hazırlanan planı təsdiqləyib. İki gün davam edən danışıqlardan sonra Konqresdə Respublikaçılarla vitse-prezident Co Baydenin təmsil etdiyi Ağ Ev arasında əldə edilən sazişdən sonra bu gün səhər - yeni ilin birinci günü səsvermə keçirilib.

Səsvermə Demokratların üstünlük təşkil etdiyi Senatda 89:8 nisbətində səslə qəbul edildi. Plana əsasən ildə $400,000-dən çox pul qazanan fərdi şəxslər və ildə $450,000-dən çox qazanan cütlərin illik vergi rüsumu artacaq.

Senatda azlıqların müdafiəçisi senatr Miç Makkonnel deyib ki, Respublikaçı qanunvericilər hər növ vergi rüsumlarının artırılmasının əleyhinədir. Lakin o bütün amerikalılara mənfi təsir göstərəcək vergi artımının qarşısının alınmasının vacib olduğunu deyib.

Ölçülərə milli müdafiə və yerli proqramların xərclərinin məcburi azaldılmasının iki ay müddətinə yubadılması da daxildir. Bu isə gələcəkdə Demokratlarla Respublikaçılar arasında yeni mübahisələr üçün zəmin yaradır.

Analitiklərin fikrincə qarşılıqlı anlaşmanın olmaması və işə düşəcək 500 milyard dollarlıq ixtisarlar Birləşmiş Ştatları yeni iqtisadi tənəzzülə qərq edə bilər.

Prezident Barak Obama Senatda keçirilən səsvermənin nəticəsini alqışlayıb və Respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasını qanunu yubanmadan qəbul etməyə çağırıb. Nümayəndələr Palatasının üzvləri qanunvericiliyi nəzərdən keçirmək üçün bu gün axşam sesiya çağırmağı planlaşdırır.
XS
SM
MD
LG