Accessibility links

Fitch Ratings Azərbaycanın reytinqi ilə bağlı proqnozunu azaldıb

  • Azerbaijani Service

Fitch beynəlxalq reytinq agentliyi ölkədə neft hasilatının kəskin azalması və hökumət xərclərinin artmasını qeyd edərək, Azərbaycanın reytinqinə dair proqnozunu “Pozitiv”-dən “Sabit” səviyyəyə endirib.

Agentlik Azərbaycanın investisiya reytinqini “BBB-“ investisiya səviyyəsində saxlayıb. Buna səbəb olaraq, Fitch hökumətin 2011-ci il büdcəsinə düzəlişlər etməsi nəticəsində xərclərin agentliyin gözlədiyindən 30 faiz daha çox artmasını göstərib.

Agentliyin bildirdiyinə görə, əlavə xərclər Dövlət Neft Fondunun resurlarından istifadənin 50 faiz artması nəticəsində maliyyəşdirilib. Bununla belə agentlik ölkənin suveren balansının və gəlirlərin artmağa güclənməyə davam etdiyini bildirib.

Agentlik suveren aktivlərin 2012-ci 18 milyard, 2013-cü ildə isə 58 milyard dollara çataraq, Fitch tərəfindən reytinqi müəyyən edilən başlıca 10 suveren netto-kreditor arasında yer tutacağını gözləyir.

Keçən ay reytinq şirkəti Azərbaycanın investisiya səviyyəli kredit reytinqini yeniləyərək, yüksək neft qiymətlərinin enerji ehtiyatları ilə zəngin ölkənin maliyyə sabiltiyinin güclənməsinin əsas səbəbi olduğunu bildirmişdir.

XS
SM
MD
LG