Accessibility links

“Nardaran işi” üzrə məhkəmə prosesi avqustun 11-də davam edib. Prosesdə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ifadə verib.

2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırzadə da daxil olmaqla, 60-dan çox şəxs saxlanılıb.

2015-ci il dekabrın 8-də AXCP sədrinin müavini F. Qəhrəmanlı da həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

F.Qəhrəmanlı hakimiyyətin ünvanına sərt çıxış edib. Bildirib ki, ölkədə xalqın hakimiyyəti qəsb olunub. Ölkə Stalin qaydaları ilə idarə olunur. İllərdir xalqa zidd siyasət yürüdülür. Bu siyasət hakimiyyətə qarşı ümumxalq nifrəti yaradıb.

Dövlətə qarşı fəaliyyətdə ittiham olunmalarına etiraz edən F.Qəhrəmanlı “dövlət bizim üçün müqəddəsdir” deyərək, hakimiyyət və dövlət anlayışlarının fərqli olduğunu xatırladıb.

F.Qəhrəmanlı bildirib ki, əksinə indi hakimiyyətdə olanlar dövlətə yalnız qazanc mənbəyi kimi baxır. “Sərvət qazanmaq üçün hər cür eybəcərliyə qol qoyurlar” deyə o bildirib.

İttihamnaməyə münasibət bildirən F.Qəhrəmanlı özü ilə bağlı ifadələrin saxta olduğunu deyib. F.Qəhrəmanlı həbsini analoqu olmayan rüsvayçılıq adlandırıb. “Məni fikrimə görə həbs ediblər. Heç Mozambikdə də belə rüsvayçılıq baş vermir”, deyə o bildirib.

XS
SM
MD
LG