Accessibility links

Elm

Takaaki Kajita və Artur MakDonald 2015-ci ilin Fizika üzrə Nobel mükafatına layiq görülüb


Takaaki Kajita və Artur MakDonald 2015-ci ilin Fizika üzrə Nobel mükafatına layiq görülüb.

Onlara bu yüksək mükafat kainatın zəngin olduğu fotonlardan sonra ikinci hissəcik olan nuytrinonun hərəkətinin müəyyən edilməsinə görə verilib.

Nobel Komitəsinin bəyanatında deyilir ki, Tokio Universitetinin alimi Kajita və Kanadanın Kraliça Universitetinin alimi MakDonald dünyanın bu hissəsciklərlə bağlı təsəvvürünü dəyişib.

Dünən 2015-ci ilin ilk Nobel mükafatı laureatlarının adı açıqlanıb.

Nobel Komitəsinin bildirdiyinə görə, tibb üzrə mükafatlara İrlandiya, Yaponiya və Çin alimləri layiq görülüb.

İrlandiyadan Uillyam Kampbell, Yaponiyadan Satoshi Omura parazitlərin səbəb olduğu infeksiyaların müalicəsinin müəyyən edilməsinə görə mükafatı paylaşır.

Çinli Tu Youyou malyariyaya yoluxanların ölüm hallarının azaldılmasına yol açan dərman ixtirasına görə Nobel mükafatına layiq görülüb.

Nobel Mükafatı Komitəsi bu iki ixtiranın yüz milyonlarla insanı təsirinə məruz qoyan xəstəliklərin müalicəsində misilsiz inkişaf adlandırıb.

Kampbell Nyu-Cersi ştatının Dryu Universitetinin alimidir.

Farmakologiya və kimya üzrə iki doktorluq dərəcəsi əldə edən Omura Yaponiyanın Kitasato Universitetində çalışır.

Tu isə Çinin Ənənəvi Təbabət Akademiyasının baş professorudur.

XS
SM
MD
LG