Accessibility links

Fiziki reabilitasiya robotu [Video]


Fiziki reabilitasiya robotu
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Travmadan sonra güc və elastikliyi bərpa etmək üçün fiziki terapiyaya ehtiyac var. Funksiyasını itirmiş əzələlərin məşq etdirilməsi rehabilitasiya prosesinin ən əhəmiyyətli hissəsidir. Polşada yerləşən Egzotech bio-texnologiya şirkətinin inkişaf etdiyi robot terapevtləri xəstələrinin vəziyyətində məlumatlarla təmin edərək bu kimi məşqləri interaktiv edir.

Luna adlanan robot elektromioqrafidən istifadə edərək xəstələr qollarını və ya ayaqlarını qatladıqları zaman elektrik axınlarını müəyyən edir. “Egzotech” şirkətinin rəhbəri Mixa Mikulski bildirir ki, gözlə görülə bilməyən əzələ gərginliyini müəyyən etməklə terapevt məşq rejimini kamilləşdirir.

Mixa Mikulski: "Biz əzələ gərginliyinin görünmədiyi halda xəstəliklərin müəyyən edilməsində müəyyən səviyyəyə gəlmişik. Ancaq bu siqnalları bizim robotda görmək olar. Luna bunları aşkar edə bilir. Buna söykənərk, nə zaman ki beyin əzələyə əsnəklik siqnalı göndərdiyində, hətta biz bunu görmədiyimiz halda Luna bunu aşkar edir. O əzaların hərəkətinə səbəb olan siqnalları müəyyən edir."

Luna həmçinin terapiyanı təkrarlanan hərəkətlərdən sıxılmış uşaqlar üçün əyləncəli edir. Robot onlara xəbərləri olmadan əzələləri məşq etdirərək video oyunlar oynamasına imkan verir.

Mixa Milkulski: "Bəzən bu fəza, topu vurmaq, drakonun uçması kimi oyunlardan ibarətdir. Hər halda uşaq oyunda qalib gəlmək, başa vurmaq istəyir. Ancaq fakt odur ki, onlar məşq edirlər."

Lunanın hələlik prototip olmasına baxmayaraq, “Egzotech” şirkəti bu ilin sonunda bazarda rəqabət apara biləcək və faydalı robota sahib olacaqlarını ümid edirlər.

XS
SM
MD
LG