Accessibility links

Pasientlərin asanlıqla istifadə edə biləcəyi fiziki terapiya proqramı [Video]


Alvaro insultdan sonra yenidən gəzməyi öyrənir. Xoşbəxtlikdən onun yüksək keyfiyyətli terapiyadan keçmək imkanı var. Bunun üçün o, sadəcə kompüteri açmalıdır.

Bu proqramın tövsiyə etdiyi fiziki terapiya, ixtisaslı peşəkarların verdikləri tövsiyədən geri qalmır.

“Bizim ixtira etdiyimiz rəqamsal mütəxəssis, pasientlərin hərəkətlərini təhlil edərək müvafiq məsləhətlər verir. Bu proqramın tövsiyə etdiyi fiziki terapiya, ixtisaslı peşəkarların verdikləri tövsiyədən geri qalmır. Pasientlər bütün məsləhətləri planşet vasitəsilə alırlar.”

Bu proqramın adı SWORD-dur. Proqram bədənə yapışdırılan detektorlarla çalışır.

Planşet vasitəsilə sizə hansı reabiliyasiya məşğələsi lazım olduğunu görə bilərsiniz.

“Məşğələlər arasında fasilələr olur. Bu fasilələr zamanı pasientlər etdikləri hərəkətlərin statistikasını görə bilərlər. Pasientlər üçün daha maraqlı olsun deyə, proqrama oyun elementləri əlavə edilib.”

Müəlliflər deyirlər ki, bu proqram ixtisaslı mütəxəssislərin çatışmazlığı problemini aradan qaldırır və keyfiyyətli müalicəni əlçatan edir.

Bu kompüter proqramı tezliklə ABŞ bazarında təqdim ediləcək.

XS
SM
MD
LG