Accessibility links

ABŞ səfiri Amerikada təhsil alacaq şagirdlərlə görüşüb [Video]


Səfrir Morninqstarın firkincə iki ölkələ arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsində bundan yaxşı ikinci bir proqram yoxdur

İyunun 17-də Amerika səfirliyində səfir Riçard Morninqstarın FLEX (Gələcək Liderlərin Mübadilə Proqramı) proqramı çərçivəsində 2014-2015-ci tədris ilində Amerika müxtəlif bölgələrində təhsil alacaq 31 Azərbaycan məktəblisi ilə görüşü olub.

FLEX (Gələcək Liderlərin Mübadilə Proqramı) proqramı orta məktəb şagirdləri (9, 10 və 11-ci sinif) üçün nəzərdə tutulub. Proqramın qalibləri ailədə yaşamaq və orta məktəblərdə bir il təhsil almaq imkanı əldə edirlər. Proqramda iştirak etmək üçün heç bir xərc tələb olunmur, bütün xərcləri Amerika hökuməti ödəyir. Qaliblər müsabiqə əsasında seçilir.

31 nəfər qalib 2013-cü ilin sentyabr və oktyabr aylarında Azərbaycanın müxtəlif regionlarında keçirilən müsabiqələr zamanı seçilib.

Səfir Riçard Morninqstar bildirib ki, bu proqram hər bir şagirdə bir il ərzində Amerika ailəsində yaşayaraq ABŞ ilə şəxsən tanış olmaq imkanı verəcək. “Bu cür mübadilə proqramının üstünlüyü odur ki, ABŞ-da təhsil almı şagirdlər Azərbaycana qayıtdıqdan sonra dostları, tələbə yoldaşları, tanışları ilə söhbətlərdə Amerikanın necə olduğunu deyəcək. Eyni zamanda ABŞ-dan Azərbaycanda təhsil alan şagirdlər də bu ölkə barəsində öz ölkəsində məlumat verir. Ölkələrimiz arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsi baxımından bundan yaxşı ikinci bir proqram yoxdur”, o qeyd edib.
XS
SM
MD
LG