Accessibility links

Flint qubernatoru üzr istəyib


Şəhər sakinləri iki ilə yaxındır qurğuşunla çirklənən su problemi ilə üzləşirlər

Çərşənbə günü ABŞ-ın Miçiqan ştatının qubernatoru Flint .əhər sakinlərindən üzr istəyib. Onlar iki ilə yaxındır qurğuşunla çirklənən su problemi ilə üzləşir.

Qubernator Rik Snayder deyib ki, o, ştat rəsmilərini vəiziyyətin ciddiliyini anlayan insanlarla əvəz edib. O, əhalini şüşə qablarda su ilə təchiz etmək, məktəbdə su qurğularını dəyişmək və bədənlərində yüksək səviyyədə qurğuşun olan uşaqların müalicəsi üçün Miçiqan qanunvericilərindən 28 milyon dollar istəyib.

Maliyyə baxımından çətinlik çəkən Flint şəhəri 2014-cü ilin aprel ayında su təchizatını Detroyt sistemindən yaxınlıqdakı Flint çayına dəyişəndə ştat tərəfindən təyin olunmuş fövqəladə hallar idarəçisinin nəzarəti altında olub.

Qurğuşun Flint Çayından şəhər boruları vasitəsilə axıb və sular və uşaqların qanında qurğuşun səviyyəsinin artmasına səbəb olub. Şəhər artıq yenidən Detroyt sularından istifadə etməyə başlayıb, amma mühəndislər su təchizatı sisteminin dəyişilməli olduğunu deyir. Bu isə 1,5 milyard dollara başa gələ bilər.

Ümumdünya Səhiyyə Təşkiları bildirir ki, yüksək səviyyədə qurğuşuna məruz qaldıqda insanların sinir və reproduktiv sistemlərinini pozulması, böyrəklərinə isə ziyan vurula, qavrama qabiliyyətinin bərpa olunmayacaq şəkildə pisləşməsi, davranış problemləri və əqli geriliyə gətirib çıxara bilər.

Prezident Barak Obama Flintdə federal fövqəladə vəziyyət elan edib və ictimai səhiyyə probleminə yardım etmək məqsədilə 5 milyon dollar maliyyə vəsaiti ayırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG