Accessibility links

Flint şəhərində su böhranı siyasi məsələyə çevrilir [Video]


Flint şəhərində su böhranı siyasi məsələyə çevrilir
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Flint şəhərində su böhranı siyasi məsələyə çevrilir

Su o qədər qurğuşunla çirklənib ki,  içmək və ya çimmək üçün artıq yararlı deyil.

ABŞ-ın Miçiqan ştatının qubernatoru Flint şəhərində su ilə bağlı problemə uzun müddət əhəmiyyət vermədiyinə görə siyasətçilər və məşhurlar tərəfindən ona qarşı ünvanlanan hücumların qarşısını almağa çalışır.

Bu fövqəladə hal deyil, fəlakət zonasındır.
Cessi Cekson

Milli Qvardiya Flintə daha çox qoşun göndərib. Orada su o qədər qurğuşunla çirklənib ki, içmək və ya çimmək üçün artıq yararlı deyil.

Flint şəhərinin təxminən 100 min sakininə şüşə qablarda su, filterlər və suyun yoxlanması məqsədilə cihazları paylamaq üçün 70 qvardiya əsgəri göndərilib.

Şəhər sakinləri kranlardan gələn suyun rəngi və qoxusundan uzun zamandır şikayət edirdi, amma buna baxmayaraq bu problemlə bağlı bir il ərzində heç bir iş görülməyib.

Yerli sakinlərin qanında yüksək səvyyədədə qurşuğun aşkar edilib. Bu isə o deməkdir ki, onlar uzunmüddətli beyin zədələnməsi təhlükəsi altındadır.

Qubernator Rik Snayder ştatın xəbərdarlıqlara gec cavab verməsinə görə tənqid atəşinə tutulub.

Demokrat partiyasından prezidentliyə namizəd Hillari Klinton:

“Əgər Detroytun zəngin məhəlləsinin uşaqları zərərli su içib, bu su ilə çimsəydilər, bir iş görülərdi. Ona görə də, mən orada seçki kampaniyamın baş köməkçisini Flintin meri ilə görüşməyə göndərmişəm ki, görək yardım etmək üçün nə edə bilərik.”

Şənbə günü prezident Barak Obama Flintdə fövqəladə vəziyyət elan edib və ictimai səhiyyə böhranının həlli üçün 5 milyon dollarlıq federal yardım ayırıb, amma qubernatorun ştatda fəlakət elan etmək istəyinə cavab verməyib.

Bu şəhərin su infrastrukturu məhv olub və bu ştatın qubernatoru tərəfindən edilib
Maykl Mur

Flintə səfər edən vətəndaş haqları fəalı Cessi Cekson sakinlərini haqları uğrunda mübarizə aparmağa çağırıb.

“Bu fövqəladə hal deyil, fəlakət zonasındır. Bəlkə də, şəhər ətrafına lent çəkmək lazımdır, çünki Flint cinayət səhnəsidir".

Flint sakini kino-rejissor Maykl Mur şəhərdə su böhranına görə qubernatoru təqsirləndirib və prezident Obamanı şəhəri ziyarət etməyə çağırıb.

“Bu şəhərin su infrastrukturu məhv olub və bu ştatın qubernatoru tərəfindən edilib.”

Flintin suyu 2014-cü ilin əvvəlində şəhər pula qənaət etmək məqsədilə su təchizatını Huron gölü əvəzinə Flint çayından almağa başlayandan sonra qurşuğunla çirklənib. Köhnəlmiş borular qurğuşununun sızmasına səbəb olub.

Su ötən ay yenidən Huron gölündən təchiz olunmağa başlayıb, amma borular və digər infrasturktur zədəli olduğu üçün suyun çirklənməsi təhlükə olaraq qalır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG