Accessibility links

Floran Qroberq Amerikanın ən yüksək mükafatını aldı [Video]


Floren Qroberq Amerikanın ən yüksək mükafatını aldı
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Ağ Evdə Birləşmiş Ştatlar ordusunun ən yüksək mükafatına layiq görülən əsgər deyib ki, o, bu medalı həlak olmuş hərbi yoldaşlarının adından qəbul edir. Prezident Barak Obama Fəxri Medalı Fransada doğulmuş, 2012-ci ildə Əfqanıstanda intiharçı hücumunun qarşısını alaraq, çox sayda insanın həyatını xilas edən Floran Qroberqə cümə axşamı təqdim edib.

Üç il əvvəl motosikletdəki iki nəfərin intiharçıya onun xidmət etdiyi bölgəyə girməyə yardım etdiyi vaxt, Floren Qroberq Əfqanıstanın Konar vilayətində xidmət edirdi. Lakin o, intiharçını görür və onu dayandırmaq üçün arxasınca qaçır.

“İllər boyu keçdiyi təlimlər bir neçə saniyədə özünü göstərdi. O, həmin anda nə etməli olduğunu anladı”-deyə, prezident Obama bildirib.

Qroberq intiharçını itələyək yerə yıxır və partladılması hərbi bölgəyə yaxın yerdə nəzərdə tutulan bomba partlayır. O zaman 4 adam ölür. Lakin ayağından ağır yaralanan Qroberq çox sayda insanı xilas etmiş olur.

“Bu medal qəhrəmanlara, serjant Qriffinə, mayor Qreyə, mayor Kennediyə, yardım işçisi Əbdülfəttaha məxsusdur. Bu medal eləcə də hər gün onlar üçün darıxanların ailələrinə aiddir”-deyə, Qroberq bildirib.

Medalı almazdan əvvəl verdiyi müsahibəsində Qrober ona ən ağır olanın yoldaşlarının itkisinə adət etmək olduğunu deyib. “Şəxsən mən nəsə öyrəndim. Həyatda gözlənilməz hadisələr olur. Mən özüm-özümə sual verirəm, niyə mən buradayam, onlar yox? Bu, çətin sualdır. Bu elə bir sualdır ki, sən cavab tapa bilmirsən, lakin bununla üzləşməlisən. İndi sən yaşayırsan, lakin təkcə özüm üçün yox, onlar üçün də. Buna görə də yaxşı insan olmalısan.”

Qroberq 2001-ci ildə Birləşmiş Ştatların vətəndaşı olub. Həmin ildə də Merilenddə orta məktəbi bitirib. O, ölkədə ən yüksək mükafat alan 10 nəfərdən biridir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG