Accessibility links

Metyu qasırğası Floridanın şərq sahilini vurmaqdadır


Dağıdıcı Metyu qasırğası Floridanın şərq sahilini vurmaqdadır. Haitidə 300 nəfər olmaqla, yüzlərlə insanın həyatına son qoyan qasırğa üçüncü kateqoriyaya enərək, saatda 100 km sürətlə bu gün səhər tezdən Florida sahillərinə çatıb.

Şərq sahilindəki 2 milyondan çox insanın evlərini tərk etməsi və daha təhlükəsiz ərazilərə getmələri tövsiyə edilib. Qasırğa sahilə yaxınlaşan zaman 240 mindən artıq insan elektriksiz qalıb. Külək şimala doğru hərəkət etdikcə bu rəqəmin artacağı guman edilir.

Florida rəsmiləri evakuasiya edilmək istəməyənləri "ethiyatsız" adlandıraraq, bu qasırğanın dəhşətli dərəcədə təhlükəli olduğunu və ştata böyük ziyan vuracağını deyib.

Sinoptiklər şimala doğru irəliləyən qasırğanın dənizə dönməzdən əvvəl Corciya və Cənubi Karolinanın şərq sahillərini, ya da geriyə dönərək, yenidən Floridanı vuracağını güman edir.

Milli Qasırğa Mərkəzi Metyu qasırğasının son on illər ərzində ən güclü qasırğa olduğunu və dalğaların hündürlüyünü 5 metrə çatdıra biləcəyini deyib.

Prezident Obama Florida, Corciya və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət elan edib.

XS
SM
MD
LG