Accessibility links

Florida ştatında keçirilən rəy sorğularında Mitt Romni prezident Obamanı üstələyir

  • Amerikanın səsi

Mitt Romni rəqabətin qızğın keçəcəyi gözlənilən Florida ştatında aparılmış rəy sorğularında prezident Barak Obamadan 6 faiz irəli çıxıb.

Quinnipiac Universitetinin apardığı rəy sorğusuna əsasən Floridada səs verəcəyi ehtimal edilən vətəndaşlar arasında Romnini 47%, Obamanı isə 41% dəstəkləyir. Mart ayında Obama Romnini bu ştatda 49:42 nisbətində üstələyirdi.

Əgər Romni Florida senatoru Marko Rubionu vitse prezidentliyə namizəd kimi seçsə, bu, onun rəqəmlərinə çox ciddi təsir göstərməyəcək. Belə olan halda Romnini sakinlərin 49 faizi dətəkləyəcək.

Romninin göstəricilərinin yaxşlıaşmasını siyasi təhlilçilər prezident Obamanın iqtisadi sferada göstəriciləri ilə əlaqələndirirlər. Floridalıların 45 faizi prezident Obamaya müsbət, 50 faizi isə mənfi münasibət bəsləyir. Seçicilərin tən yarısı Obamanın ikinci dönəm prezident seçilməyə layiq olmadığını deyir.

XS
SM
MD
LG