Accessibility links

Bu gün Birləşmiş Ştatların cənub-şərqində yerləşən Florida ştatında körfəz sahilləri Hermine qasırğasının təsirinə məruz qalıb.

Qasırğa qonşu Corciya ştatına keçəndən sonra gücünü azaldıb.

Son on ildə ilk dəfə Floridada baş verən qasırğa elektrikin kəsilməsinə və yerli daşqınlara səbəb olub. Ştatın bəzi yerlərində 50 santimetr yağıntı düşəcəyi gözlənilir.

Floridanın qubernatoru Rik Skot deyib ki, birinci kateqoriyalı qasırğa “həyat üçün təhlükəli” vəziyyət yarada bilər.

Cümə axşamı qasırğanın baş verdiyi əraziyə yaxın uçan Hava Qüvvələrinə aid qasırğanın gücünü müəttən edən təyyarə qasırğanın sürətinin saatda 130 kilometrə çatdığını bildirir.

Cümə axşamı gecə saatlarında artıq Floridanın bir çox hissəsində güclü yağışlar yağmağa başlayıb. Floridadan tutmuş Nyu Cersi ştatına kimi ABŞ-ın bütün şərq sahilinin qasırğanın təsirinə məruz qala biləcəyi deyilir.

Rik Skot Floridanın 51 qraflığında fövqəladə vəziyyət elan edib, prezident Barak Obama isə Federal və Təcili Yardım Rəhbərliyi Agentliyini onu qasırğaya dair son informasiyalarla məlumatlandırmağa çağırıb.

XS
SM
MD
LG