Accessibility links

200 yaşlı su dəyirmanı hələ də işləyir [Video]


Vaşinqton şəhəri və onun ətrafında turistlərin diqqətini cəlb edən çox yer var. Onlardan biri çox da tanınmayan su dəyirmanıdır. Vaşinqtonun yaxınlığındakı bu dəyirman XIX əsrdən qalıb və 200 il əvvəlki kimi işləyir. Yerli sakinlər, turistlər və yaxınlıqdakı restoranlar bu dəyirmandan təzə un və yarma ala bilir.

Miller Meyson Maddoks və onunla birlikdə çalışan iki nəfər 1800-cü illərdə daşla işləyən bu dəyirmanda üyütmənin orijinal olduğunu deyirlər. Onların dediyinə görə, əllə yonulan daşılar 1000 kq olmalı, biri-birinə yaxın olmalı, lakin toxunmamaldırlar. “Biz bu daşların dəqiq balanslaşdırılmasına əmin olmalıyıq. Əgər bu daşlar bir-birinə toxsa, məhsul keyfiyyətsiz olar”

Qarğıdalı və taxılın necə üyüdüldüyünə tamaşa etmək üçün turistlər hər ayın birinci və üçüncü bazar günləri “Kolvin Ran Dəyirmanı”nına gəlir. "Bu proses çox keyfiyyətlidir. Müasir texnologiyadan fərqli olaraq burada üyüdülmə işləri uzun çəksə də, məhsulun tərkibindəki xeyirli maddələr itmir."

Bu görüntülər müsafirləri XVIII əsrə, Corc Vaşinqtonun ərazini aldığı və bu dəyirmanın təməlini qoyduğu vaxtlara aparır. Təməlinin qoyulmasına baxmayaraq, dəyirman 1811-ci ilə qədər tikilib başa çatmamış və dəyirmanın sahibləri bir neçə dəfə dəyişmişdi.

1883-cü ildən dəyirmanın sahibi Addison Millard adlı şəxs və onun ailəsi olur. Bu ailə dəyirmana demək olar ki, 50 il sahiblik edir. “Dağılmağa başlayan dəyirmanı Fairfaks mahalının qubernatoru aldı və təmir etdirdi.”

1970-ci ildə dəyirmana 6 metr diametrliyində yeni su çarxı qouldu.“Bu dəyirman 100 faiz su enerjisi ilə işləyir. Su çarxa axır və onun ağırlığı mexanizmi işə salaraq dəyirman daşlarını hərəkət etdirir.

Üyüdülmüş buğda ətrafdakı mağazalara satılır. Vaşinqton yaxınlığındakı Hyatt mehmanxanası restoranının baş aşpazı Metyu Vorşou dəyirmanın müştərilərindən biridir. “Mən öz restoranımda təbii məhsullardan istifadə etməyə çalşıram. Eşidəndə ki, dəyirmanda yerli qarğıdalı üyüdülür, mən bunun yaxşı fikir olduğunu düşündüm.”

Varşou üyüdülmüş qarğıdalıdan bəzi dəniz məhsulları və xüsusi menyularda istifadə edir. Aşbaz ərqaz mağazalarındakı 5 dəqiqəyə hazır olan məhsullardan fərqli olaraq, üyüdülmüş qarğıdalı azı 45 dəqiqəyə hazır olur və diqqət tələb edir. “Buna dəyər. Siz dadından bilərsiniz ki, bu yemək “Kolvin Ran Dəyirmani”ndandır.”

Geynel adlı bu turist qarğıdalı unundan çörək bişirəcəyini deyir. “Bu məhsulun içərisində konservant yoxdur və burada, göz qabağında üyüdülür”

Meyson Mədoks deyir ki, su dəyirmanı keyfiyyətli məhsul istehsal edir, Lakin əsas məsələ bu sahədə biliyə yiyələnməkdir.

XS
SM
MD
LG