Accessibility links

Fələstinlilər dövlət statusunun gətirəcəyi dividentlərə ümidlə baxırlar [Video]


ABŞ və İsrail Fələstinə dövlət statusu verilməsini sülh danışıqlarına əngəl hesab edir

Cümə axşamı Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında keçirilən səsvermə nəticəsində fələstinlilər qeyri-üzv müşahidəçi dövlət statusu qazandılar. Lakin Birləşmiş Ştatlar və İsrail bu ideyaya qarşı çıxır.

Fələstinlilər uzun müddətdir ki, 1967-ci il Yaxın Şərq Müharibəsindən bəri İsrail tərəfindən işğal olunan ərazilərdə öz müstəqil dövlətlərini qurmaq istəyirlər.

Bu yaxınlarda Qərb Sahilindəki fələstinli rəsmilər BMT-də “qeyri-üzv müşahidəçi dövlət” olmaq strategiyasına başlayıblar.

Fələstin Muxtariyyatının prezidenti Mahmud Abbas: “Biz BMT-də Fələstini müşahidəçi dövlət statusuna salmağa hazırlaşırıq və bu bizim fələstlinli kimi hüquqlarımızın təmin olunmasına doğru atılan ilk addım olacaq.”

Bu cəhd fələstinlilərin keçən il BMT Təhlükəsizlik Şurasından keçməyən tam hüquqlu üzv olmaq səylərindən sonra baş verir. Fələstinlilər deyir ki, BMT statusu onları İsraillə danışıqlar aparmaqda daha yaxşı mövqeyə qoyacaq.

Maen Rəşid Areyqət Fələstin Azadlıq Təşkilatının ABŞ-dakı nümayəndəsidir.

“Biz BMT-nin işğala məruz qalan və BMT-nin işğalçı üzvləri kimi baş-başa oturacağıq. Münaqişənin siyasi həllinə nail olmaq üçün bu, elə bizim istədiyimiz yeni siyasi paradiqmadır.”- deyə o bildirib.

Bu cəhd Qəzza Zolağını idarə edən Həmasın və İsrailin raket və hava zərbələri mübadiləsindən sonra gəlir. Mötədil Fələstin muxtariyyati Qəzzada çox az təsirə malikdir.

Analitiklər deyir ki, hərçənd ki, atəşkəs rejimi var, fələstinlilərin əksəriyyəti diqqəti sülh danışıqlarına deyil, silahlı müqavimətə cəmləşdirib.

Dünyanın diqqətini Fələstin muxtariyyətinə cəlb etmək üçün görünür cənab Abbasın çox az seçimi var.

Aron Devid Miller Vaşinqtondakı Vilson Mərkəzində araşdırmaçıdır.

“Mənə elə gəlir ki, bu, hal-hazırda Abbasın oynaya biləcəyi yeganə açıq kartdır. Demək istəyirəm ki, o bu təklifdə hansısa məna görən yeganə fələstinlidir. O başa düşür ki, nəticədə bu daha çox baş ağrısı gətirəcək.”- deyə o bildirib.

Miller deyir ki, böyük ehtimalla BMT səsverməsi ABŞ Konqresini qəzəbləndirəcək. O, isə öz növbəsində fələstinlilərə yardımı kəsə bilər.
İsrail bunun qarşısını İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin tikintisini sürətləndirməklə, və ya fələstinlilər üçün yığdığı vergi gəlirlərini saxlamaqla ala bilər.

Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland

“Əgər bu, belə davam etsə, İsraili danışıqlar masasına cəlb etmək çətin olacaq. Onlar bunu açıq-aydın bəyan edib. Bunlar bizim səhv bildiyimiz səbəblərdən biridir, dar çərçivəli hərəkətdir.”- deyə mətbuat katibi xanım Nuland bildirib.

Analitiklər təklifin səsverməyə qoyulacağı təqdirdə fələstinlilərin Baş Assambleyadakı çoxluğun səsini alacağını güman edir.
XS
SM
MD
LG