Accessibility links

İsrail qərarı pisləyir, fələstinlilər isə danışıqlarda mövqelərinin gücləndiyinə inanırlar

BMT Baş Assambleyasında Fələstin Muxtariyyatının statusunu “qeyri-üzv müşahidəçi dövlətə” dəyişməsi xəbərini Qəzza zolağında və İordan çayının qərb sahilində yaşayan fələstinlilər cümə günü səhər saatlarında bayram ediblər.

Fələstinliləri çümə axşamı, axşam saatlarında qərarın leyinə səs vermiş 138 BMT üzvü sevindirib. Onlar bunun Fələstinə dövlət statusu verilməsinə legitimlik qazandırdığını və İsraillə sülh danışıqlarında onların mövqelərini gücləndirəcəyini bildirirlər.

İsrail və Birləşmiş Ştatlar daxil olmaqla doqquz ölkə qətnaməyə qarşı çıxıb. Britaniya və Almaniya da daxil olmaqla 41 ölkə bitərəf qalıb. Lakin qətnamə Avropa İttifaqı üzv dövlətlərinin əksəriyyəti tərəfindən təsdiqlənib.

İsrail qərarı pisləyib. İsrailin baş naziri Benyamin Netanyahu səsvermənin mənasız olduğunu bildirərək onu rədd edib. İsrailin BMT-dəki səfiri Ron Prosor isə yeni statusun sülh prosesinə inkişaf gətirməyəcəyini deyib.

Qətnamənin əleyhinə çıxan Vaşinqton da eyni narahatlıqları ifadə edib. ABŞ-ın BMT-dəki səfiri Suzan Rays BMT qərarının İsraildə davamlı sülhün əldə olunması perspektivlərinə mane olduğunu deyib.
XS
SM
MD
LG