Accessibility links

Fələstin rəsmiləri ABŞ-ın İsraillə sülh danışıqlarını davam etdirmək bacarığını sual altına alıb


Fələstin rəsmiləri ABŞ-ın İsraillə sülh danışıqlarını davam etdirmək bacarığını sual altına alıb
Fələstin rəsmiləri ABŞ-ın İsraillə sülh danışıqlarını davam etdirmək bacarığını sual altına alıb

Fələstin rəsmiləri ABŞ-ın İsraillə sülh danışıqlarını davam etdirmək bacarığını sual altına alıb. Rəsmilərin bəyanatları Amerika hökumətinin İsrailin İordan çayının qərb sahilində inşaat moratoriumunun yenilənməsinə nail ola bilməməsindən sonra verilib. Moratorium Fələstinin sülh müzakirələrinin davam etdirilməsi üçün irəli sürdüyü əsas şərtlərdən biridir. ABŞ Dövlət Departamentinin rəsmisi bəyan edib ki, Vaşinqton moratoriumun birbaşa müzakirlərin bərpasına əsas verdiyini düşünmür. Nümayəndə iki dövlət variantı üzərində aparılan səylərin davam etdiriləcəyini deyib.

XS
SM
MD
LG