Accessibility links

Fələstinin xarici işlər naziri İsraillə sülh müzakirələrinin bərpası çağırışlarının kifayət etmədiyini bildirib

Fələstinin xarici işlər naziri Raid Əl Malki İsraillə sülh müzakirələrinin bərpası çağırışlarının kifayət etmədiyini bildirib. Belə ki, İsrailin Fələstin ərazilərində yəhudi yaşayış məntəqələrinin inşasının dayandırılmasına çağırılmır. Nazir bundan əlavə Yaxın Şərq kvartetinin planını da tənqid edib. O deyib ki, İsrailin 1967-ci ilədək olduğu sərhədlərinə qayıtmamaması çağırışı yer almayan plan natamamdır. ABŞ, Rusiya, BMT və Avropa İttifaqı nümayəndələrindən təşkil edilən kvartet sulh müzakirələrinin bir ay ərzində bərpası və gələn ilədək razılıq əldə edilməsini təklif edib.

Dünən BMT-nin Baş Assambleyasında çıxışı zamanı Mahmud Abbas İsraili “işğalçı” adlandırıb, O deyib ki, İsraiin fələstinlilər üzərindəki nəzarəti “müstəmləkə işğalıdır”. Cənab Abbas İsrailin Fələstin ərazilərində yəhudi yaşayış məntəqələri inşa etməsinin sülh prosesinə mane olduğunu və fələstinlilərin təktərəfli dövlət elan etməkdən bağqa çarəsi olmadığını deyib.

XS
SM
MD
LG