Accessibility links

Fələstinin yüksək rütbəli militantının qətlində əli omaqda şübhəli bilinən daha 5 nəfərin adı açıqlanıb

Həmin şəxslər bu ilin yanvar ayında Dubay mehmanxanasında Həmas komandiri Mahmud Əl-Məbhuhun qətlində ittiham edilir

Dubay mediasının bildirdiyinə görə, əmirlikdə Fələstinin yüksək rütbəli militantının qətlində əli omaqda şübhəli bilinən daha beş nəfərin adı açıqlanıb. Xəbərlərdə həmin şəxslərin Dubaya Britaniya, Fransa, və Avstraliya pasportları ilə səfər etdikləri və onların bu ilin yanvar ayında Dubay mehmanxanasında Həmas komandiri Mahmud Əl-Məbhuhu qətlə yetirdiyi deyilir. Dubay Əl-Məhbuhun qətlində İsrailin xüsusi xidmət idarəsi olan Mossad casuslarını ittiham etmişdi. Bu beş nəfər də daxil edilməklə, artıq Həmas komandirinin qətlində şübhələnilənlərin sayı 32-yə çatmişdır.

XS
SM
MD
LG