Accessibility links

Fələstinlilər BMT-nin növbəti yığıncağında Fələstin dövlətinin tanınmasını təklif edəcək (yenilənib)

İsrail və ABŞ-ın etirazlarına baxmayaraq, fələstinlilər gələn həftə BMT-nin tam üzvü olması üçün müraciət edəcəyini bildirib. Xarici işlər naziri Riad əl-Maliki bu gün bildirib ki, fələstinlilərin prezidenti Mahmud Abbas müraciəti sentyabr ayının 23-də Nyu Yorkda BMT Baş Assambleyasının yığıncağında təqdim edəcək. Bundan sonra cənab Abbas üzv ölkə kimi BMT-nin Təhlükəsizlik Şurasından Fələstinin müstəqil dövlət kimi tanınmasını xahiş edəcək. Cənab Əl-Maliki fələstinlilərin İsraillə fələstinlilər arasında danışıqların yenilənməsinə razı olduqlarını bildirib. Lakin İsrail danışıqların başlaması üçün fələstinlilərin əsas tələbini rədd etməkdə davam edir. Fələstinlilər Qərb sahili və İsrailin Şərqi Qüdsdə yaşayış məntəqəsinin tikilməsinin dayandırılmasını tələb edir.

XS
SM
MD
LG