Accessibility links

Fələstinlilərin lideri İsraillə danışıqlardan boyun qaçırır


Fələstinlilərin lideri İsraillə danışıqlardan boyun qaçırır

Fələstinlilərin lideri İsraillə danışıqlardan boyun qaçırır

Fələstinlilərin prezidenti Mahmud Abbas deyir ki, Fələstin İdarəçiliyi İsrail bütün Fələstin ərazilərində, o cümlədən Şərqi Qüdsdə inşaat işlərini dayandırmayınca, danışıqlar stolu arxasına qayıtmayacaq. Cənab Abbas Misirdə olarkən deyib ki, nə qədər ki, israillilər fələstinlilərin gələcək dövlət qurmaq istədikləri yerlərdə yaşayış məntəqələri tikirlər, sülh danışıqları aparıla bilməz. İsrail Qüdsün mübahisəli hissəsində inşaata qoyulan moratoriumu şərt kimi qəbul etməyəcəyini bəyan edib. ABŞ-ın İsraillə fələstinlilər arasında vasitəçilik etdiyi danışıqlar Qərb Sahilində inşaat işlərinə qoyulan 10 aylıq moratoriumun sentyabr ayında başa çatmasından sonra dalana dirənib. Cənab Abbas Misir prezidenti Hüsni Mübarək və Ərəb Liqasının rəhbəri Əmr Musa ilə şənbə günü görüşərək İsraillə birbaşa danışıqlara maneə təşkil edən məsələləri müzakirə edib.

XS
SM
MD
LG