Accessibility links

Fələstinlilərin prezidenti Ərəb Liqasına üzv dövlətlərin xarici işlər nazirləri ilə görüşür


Fələstinlilərin prezidenti Ərəb Liqasına üzv dövlətlərin xarici işlər nazirləri ilə görüşür

Fələstinlilərin prezidenti Ərəb Liqasına üzv dövlətlərin xarici işlər nazirləri ilə görüşür

Mahmud Abbasın Liviyada İsraillə danışıqları davam edib-etməmək qərarını verəcəyi gözlənilir

Ərəb Liqasının rəhbəri Əmir Musa bildirib ki, İsrail və fələstinlilər arasında gedən Yaxın Şərq sülh prosesi dayanıb və yeni istiqamət axtarmaqdadır. Musa bu gün Ərəb Liqasının xarici işlər nazirləri və fələstinlilərin prezidenti Mahmud Abbasla görüşdən qabaq açıqlama verib. Röyters xəbər agentliyinə istinadən Musa, Ərəb liderlərinin hal hazır kı sülh danışıqlarının nəticə vermədiyinə görə alternativ yolları müzakirə edəcəklərini deyib. İsrail müharibə zəminində 1967-ci ildə zəbt ediyi ərazidə tikintiyə davam edəcəyi halda Fələstin İsraillə danışıqlara son qoymaqla hədələyib. Fələstin bu ərazinin özünün gələcək torpaqları olacağını iddia edir. Dünən Fələstinin yüksək vəzifəli məsləhətçisi bildirib ki, onun tərəfi İsrailin İordan çayının qərb sahilindəki tikintini 60 günlük dayandırmağa dair ABŞ-ın təklifini qəbul edib. Buna səbəb iki tərəfin sərhəd müəyyənləşdirilməsinə dair danışıqları sona çatdırmaqdır. Nabil Şaat deyib ki, razılıq iki ay ərzində əldə olunmadığı təqdirdə tikintiyə qoyulan moratorium davam etməlidir.

XS
SM
MD
LG