Accessibility links

Avropada mal əti adı ilə at ətinin satışına dair qalmaqal davam edir


Fransa xarici işlər naziri Lauren Fabius Avropada getdikcə böyüyən at əti qalmaqalını araşdırmaq və at ətinI mal əti adı altında satan mağazalara qarşlı sanksiyalar tətbiq etmək əmri verib.

Dünən Fabius Fransa televiziyasında məsələ ilə əlaqədar məlumat verərkən Fransada pərakəndə ərzaq mağazaları lazaniya, musaka və tərkibində naməlum ət olan digər məhsulları piştaxtalardan yığışdırıb.

Qalmaqal bu ayın əvvəli İsveçin böyük ərzaq mağazası Findusun Britaniyada satdığı dondurulmuş lazaniya yeməyinin içərisindəki ətin at əti olduğu aşkar edildikdən sonra başlayıb.

Yeməyi Fransanın Cogel yemək şirkəti hazırlayıb. Yeməyin içərisindəki ət məhsulu isə əsasən Spanqero Fransa şirkəti tərəfindən emal edilib.

Fransanın istehlak naziri Benoit Hamon deyib ki, Fransa, Hollandiya və Kiprə göndərilən ət məhsullarının izi Rumınyaya aparır. Hamon ərzaq sənayesində daha geniş təhqiqatların aparılacağını əlavə edib.
XS
SM
MD
LG