Accessibility links

Forbes jurnalı Putini 2013-cü ilin ən nüfuzlu adamı adlandırıb



ABŞ-da biznes və maliyyə dərgisi olan Forbes illik siyahısında 2013-cü illin ən nüfuzlu adamı kimi Rusiya prezidenti Vladimir Putini göstərib. Rusiya prezidenti keçən il birinci yerdə olan ABŞ prezidenti Barak Obamadan irəli keçib.

Rusiya prezidentinin nüfuzlu dərginin populyar siyahısında birinci yeri tutmasını eksperlər onun ölkəyə nəzarəti demək olar bütünlüklə ələ alması ilə izah edir. Eyni zamanda, artıq illərdir dünyanın ən nüfuzlu adamları siyahısında birinci yerdə olan prezident Obamanın ikinci yerə keçməsinin səbəbi ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin izləmə proqramları haqda məlumatların ictimaiyyətə sızması ilə əlaqələndirilə bilər.

Forbs jurnalının siyahısında dünyadakı proseslərə öz nüfuzları ilə təsir göstərən dövlət başçıları, korporasiya rəhbərləri, sahibkarlar və xeyriyyəçilər yer alır. Builki siyahıda 17 dövlət başçısı göstərilib. ABŞ prezidenti Barak Obama Çinin keçmiş lideri Hu Tsintaonun birinci yeri tutduğu 2010-cu ildən başqa siyahıda hər il ən yüksək yeri tuturdu.

Forbs-un siyahısında bu il qadın liderlər də yüksək yerlərdə göstərilib. Almaniya kansleri Angela Merkel 5-ci, Braziliya prezidenti Dilma Russef 20-ci və Hindistanda Milli Konqres partiyasının sədri Sonya Qandi 21-ci yerlərdədir.

Forbs jurnalı dünyanın ən nüfuzlu insanların siyahısını 2009-cu ildən hazırlamağa başlayıb. Jurnalın redaktor heyəti nominasiya olmuş yüzlərlə ad içərisində ən nüfuzluları seçir. Bu il seçilən 72 adam dünyada hər 100 milyon insandan birini təmsil edir. Seçim dörd parametr əsasında aparılır. Bu insanların nə qədər adam üzərində nüfuzu olması, onların maliyyə imkanları, bu imkanlardan bir neçə sahədə istifadə etmək qabiliyyəti və öz nüfuzlarından aktiv şəkildə istifadə etməsi metodologiyanın əsasında durur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG