Accessibility links

Ermənistan hökuməti iqtisadi vəziyyətinə “Forbes”un verdiyi qiymətlə razılaşmır

  • Ulviyyə Əsədqızı

Ermənistan hökuməti iqtisadi vəziyyətinə “Forbes”un verdiyi qiymətlə razılaşmır

Ermənistan hökuməti iqtisadi vəziyyətinə “Forbes”un verdiyi qiymətlə razılaşmır

Ermənistanın maliyyə naziri Vache Gabrielyan deyib ki, "Forbes"da yazılanlar ölkədə indiki reallığı əks etdirmir. Ermənistan Milli Konqresinin üzvü Qurgen Yegiazaryan isə hökuməti kəskin tənqid edib: “Təklif edirəm ki, bu cür nəticələrdən sonra baş nazir Tiqran Sarkisyan özünü assın”.

“Forbes jurnalının Ermənistan iqtisadiyyatının dünyada ən pis ikinci iqtisadiyyat olması haqda yazdıqları indiki reallığı əks etdirmir və 2010-cu ilə qədər olan göstəricilərə əsaslanıb”. Bu barədə Ermənistanın maliyyə naziri Vache Gabrielyan Yerevandakı mətbuat konfransında bildirib.

Ermənistan Milli Konqresinin üzvü Qurgen Yegiazaryan isə hökuməti kəskin tənqid edib: “Təklif edirəm ki, bu cür nəticələrdən sonra baş nazir Tiqran Sarkisyan özünü assın”.

Nüfuzlu “Forbes” jurnalı çərşənbə axşamı dərc etdiyi nömrəsində dünyanın ən pis vəziyyətdə olan iqtisadiyyatlarından bəhs edib. “Forbes” a görə, dünyada ən pis iqtisadi vəziyyət Madaqaskardadır, ondan sonra Ermənistan, Qvineya, Ukrayna və Yamayka gəlir.

“Forbes” yazır ki, Ermənistan iqtisadiyyatı 2009-cu ildə 15 faiz kiçilib. Bunun əsas səbəbi dünya iqtisadi böhranı olub. Səbəblərdən biri isə bu olub ki, Rusiya Ermənistanın brilyant emalı sənayesində mühüm rol oynayan brilyant idxalını dayandırıb.

XS
SM
MD
LG