Accessibility links

Bakıda Formula 1 Avropa Qran-Pri yarışları başlayıb


Formula1 Bakıda Avropa Qran-Prisi
Formula1 Bakıda Avropa Qran-Prisi

İyunun 17-də Bakıda “Formula-1” Avropa Qran-Pri yarışları başlayıb. Yarışlar Bakının mərkəzindəki trassda keçirilir. Birinci gün təlim yarışları keçiriilir və pilotlar onlar üçün yeni olan marşrutu öyrənirlər. İyunun 18-də hər biri iki pilot olmaqla 11 komandanın iştirakı ilə təsnifat olacaq. İyunun 19-da ən yaxşı 10 pilot Qran-Pri yarışlarında iştirak edəcək.

Təsnifat və final zamanı pilotlar 6 kilometrlik dairəvi marşrut üzrə 20 virajdan ibarət 51 dövrə vuracaqlar. Maksimal sürət saatda 340 kilometrədək olacaq.

Yarışlara “Azadlıq” meydanında start veriləcək. Yarış iştirakçıları Puşkin, Xaqani küçələri, Bülbül prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçələrində hərəkət edəcəklər. Bolidlər “İçərişəhər”in dar döngəsi boyunca Gənclər Meydanına qalxacaq, oradan İstiqlaliyyət küçəsi ilə qövsvari trayektoriya üzrə irəliləyəcəklər, sonra Niyazi küçəsində eniş ilə Neftçilər prospektinə çıxaraq Dənizkənarı Bulvar boyunca hərəkət edərək başladıqları yerə dönəcəklər.

Formula 1 Bakı Halqası
Formula 1 Bakı Halqası

Bakı Şəhər Halqasının uzunluğu 6,006 km, ümumi məsafə 306,306 km, dövrə sayı 51, döngə sayı isə 20-dir.

Bakıda baş tutacaq 8-ci mərhələyə əvvəlki kimi 11 komandanın tərkibində 22 pilot qatılacaq. Azərbaycana “Mercedes”in heyətində Niko Rosberq, Luis Hamilton, “Ferrari”nin heyətində Kimi Raykkonenlə Sebastyan Fettel, “Uilliams”ın heyətində Felipe Massa ilə Valtteri Bottas, “Red Bull”un heyətində Daniel Rikkardo ilə Maks Ferstappen, “Force India”nın heyətində Serxio Pereslə Niko Hyulkenberq, “Renault”da Kevin Maqnussenlə Colion Palmer, “Toro Rosso” Daniil Kvyatla Karlos Sayns-ml., “Sauber”də Markus Erikssonla Felipe Nasr, “McLaren”də Fernando Alonso Censon Batton, MRT-da Rio Xaryanto Paskal Verlyayn və “Haas”da Romen Qrojanla Esteban Qutyerres qatılacaq.

7 mərhələdən sonra Rosberq 116 xalla birincidir. Konstruktorların yarışında isə onun idarə etdiyi “Mercedes” liderlik edir.

FVormual 1(karikatura Gündüz Ağayevindir)
FVormual 1(karikatura Gündüz Ağayevindir)

Bakı şəhər sakinləri yarışların onlar üçün narahatlıq yaratdığını bildirir. Belə ki, iyunun 14-20-də yarışların marşrutu və bitişik küçələr üzrə nəqliyyatın hərəkəti dayandırılıb.

Marşrut zonasına daxil olan evlərin sakinləri şəxsi avtomobildə getmək imkanlarından məhrumdur.

Bakı sakinləri bütün həftə Dənizkənarı Bulvara getmək imkanlarından məhrum olublar. Belə ki, bulvar yarışlara bileti olanların ixtiyarına verilib. Biletin qiyməti 90-590 dollar civarındadır.

Formula 1 Avropa Qran Prisi
Formula 1 Avropa Qran Prisi

İyunun 12-də gənclər və idman naziri Azad Rəhimov bildirib ki, satışdan 2 mln. manat (1,32 mln. dollar) əldə edilib. Biletlərin 70%-ni Azərbaycan vətəndaşları, qalanını əcnəbilər alıb. Nazirin sözlərinə görə, biletlərin hamısı satılmayıb.

Bundan öncə mart ayında nazir bildirmişdi ki, bilet satışından 3-4 mln. manatın (1,8-2,5 mln. dollar) əldə ediləcəyi nəzərdə tutulur.

Xərclərə gəlincə, bu, 100 mln. manatı (66 mln. dollar) ötməyəcək. Nazirin sözlərinə görə, birinci il qoyulan xərclər çıxmayacaq, ancaq “gələcəkdə turistlərin cəlb edilməsi hesabına” iqtisadi effekt təmin olunacaq.

Formula 1 Avropa Qran Prisi
Formula 1 Avropa Qran Prisi

Müstəqil ekspertlər Bakıda “Formula-1” yarışlarının keçirilməsinin iqtisadi baxımdan effektiv olacağına şübhə ilə yanaşırlar. Turislərin cəlb edilməsi üçün miqyaslı idman və mədəni tədbirlərin keçirilməsi yetərli deyil. Bundan ötrü vizanı ləğv etmək lazmdır, necə ki, Gürcüstan edib, dəbdəbəli yox, baha olmayan otellərdən ibarət infrastruktur yaratmaq lazımdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG