Accessibility links

Texasdakı Fort Hood hərbi bazasına silahlı hücum olub


Birləşmiş Ştatların Texas ştatındakı Fort Hood hərbi bazasının əsgəri özünü öldürməmişdən əvvəl 3 əsgəri öldürmüş, 16 əsgəri isə yaralamışdır. Rəsmilərin dediyinə görə, silahlı əsgər əvvəlcə bazadakı binalardan birinə girərək, xəbərdarlıq etmədən atəş açmış, bundan sonra isə ikinci binaya girərək atəş açmışdır.
Fort Hood hərbi bazasının general-leytenantı Mark Milley əsgərin ikinci binada qadın polis zabitini görüncə əllərini yuxarı qaldırdığını və bundan sonra gödəkçəsində gizlətdiyi silahı çıxararaq özünü vurduğunu deyib.

Hadisədən sonra bazanın bir neçə saat bağlandığı və hərbi polisin bazada və ətraflarında ciddi yoxlanış apardığı bildirilir.


Fort Hood hərbi bazasında 2009-cu ildə də silahlı hücum olmuş, nəticədə 13 nəfər ölmüş, 30-dan çox insan yaralanmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG