Accessibility links

FORUM: Azərbaycan Eurovision-2011-in qalibi və Eurovision-2012-nin ev sahibi kimi


Azərbaycanın Ell/Nikki dueti ( Eldar Qasımov və Nigar Camal) Almaniyanın Düsseldorf şəhərində keçirilən “Eurovision-2011” mahnı müsabiqəsinin birincisi olub. Duet finalda 221 xall toplayaraq inamlı qələbə qazanıb.

Azərbaycanlı gənc müğənnilər “Running Scared” (“Geri baxmadan qaçıram”) mahnısını ifa edib. İkinci yeri İtaliyalı Raphael Gualazzi (189 xall) tutub, isveçli Eric Saade üçüncü olub.

Müsabiqənin şərtlərinə görə, növbəti mahnı müsabiqəsi qalib müğənnilərin təmsil etdiyi ölkədə keçirilir. Azərbaycan “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edəcək.

Beləliklə, 4 ildən sonra Azərbaycanın qələbəsinin ölkənin beynəlxalq arenada mövqeyinə təsiri və Azərbaycanın 2012-ci ildə keçiriləcək "Eurovision-2012" müsahibəsinə hazırlıq prosesi barədə fikirlərinizi ŞƏRHLƏR bölməsində bölüşün

XS
SM
MD
LG