Accessibility links

Şahin Xiyavlı: Güneylilər insan haqları sahəsində yetərincə fəal deyil [Audio]


Şahin Xiyavlı
Şahin Xiyavlı
“BMT-nin nümayəndəsi Əhməd Şahidin son hesabatında Azərbaycan türklərindən söz açılmaması ilə bağlı poblemi Əhməd Şahiddə deyil, Güney Azərbaycan hərəkatının özündə axtarmalıyıq,” deyə Norveçdə yaşayan azərbaycanlı fəal Şahin Xiyavlı Amerikanın Səsinə müsahibədə bəyan edir. Birləşmiş Millətlər Təşkilatının İranda insan haqları durumu üzrə xüsusi nümayəndəsi Əhməd Şahidin ötən ay İranla bağlı yayımladığı son hesabatında ölkənin qeyri-fars cəmiyyətləri o cümlədən kürdlər, Əhvaz ərəbləri və bəluçlar haqqında özəl bölmələr mövcüddür, ancaq İran Azərbaycanı, eləcə də İranın digər bölgələrində yaşayan türklərdən söz açılmayıb.

Şahin Xiyavlı BMT-nin İran hesabatını şərh edir
please wait

No media source currently available

0:00 0:18:47 0:00

Şahin Xiyavlının fikrincə bu problemin səbəbi güneyli fəalların yetərincə fəallıq göstərməməsidir. “Problemi Əhməd Şahiddə və onun komandasında deyil, özümüzdə, Güney Azərbaycan Milli Hərəkatında axtarmalıyıq. Demək ki, biz Əhməd Şəhidə güneydəki insan haqları pozuntuları ilə bağlı yetərincə rapor göndərməmişik, göndərmişiksə də onun rəyini dəyişdirməyi bacara bilməmişik.”

Problemi Əhməd Şəhiddə və onun komandasında deyil, özümüzdə, Güney Azərbaycan Milli Hərəkatında axtarmalıyıq.
Şahin Xiyavlı
Güneyli fəal, insan haqları fəaliyyətləri ilə bağlı digər qeyri-fars etnik qruplarla müqayisədə Azərbaycan təşkilatlarının daha zəif olduğu, habelə beynəlxalq insan haqları təşkilatları və BMT ilə əlaqə xüsusunda Azərbaycan türklərinin aparıcı mövqeyə sahib olmadığını irəli sürür.

Bəzi fəallar cənab Xiyavlının fikirlərini paylaşmırlar. Onlar ictimai şəbəkələrdə yazırlar ki, Güney Azərbaycan və İranda yaşayan türklər ilə bağlı beynəlxalq insan haqları qrupları qərəzli davranır.

Cənab Xiyavlı ötən aylarda İranın Rəcayi-şəhr zindanında saxlanılan 9 il həbsə məhkum olunmuş Yeni GAMOH üzvləri üçün Avropa ölkələrində təşkil olan kampaniyalarda fəal iştirak edib. O, bu təcrübələrə əsaslanaraq fəalların özlərini sadəcə Güney Azərbaycan hərəkatı çərçivəsində məhdudlaşdırmalarını düzgün saymır.

“Öyrəndim ki, biz öz içimizdən çıxmalı və baxışımızı daha geniş götürməliyik, digər cəmiyyətlərlə əlaqələri çoxaltmalıyıq,” deyə o, vurğulayır.

BMT Baş Qərargahı, Nyu York.
BMT Baş Qərargahı, Nyu York.
Əhməd Şahid yekun hesabatı yayımladıqdan öncə hesabatın layihəsini İran rəsmilərinə göndərib. İran İslam Respublikasının hesabatla bağlı şərhlərindən ibarət olan BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına (OHCHR) unvanlandığı cavabda İran etnik qrupların hər hansı problem yaşamadığı qeyd edilib.

İİR-in cavabında Əhməd Şahidin kürdlər, Əhvaz ərəbləri və bəluçlarla bağlı bəyanatına şərhlər verilib. Əhməd Şəhidin hesabatında edilmədiyi kimi, İranın rəsmi cavabında da Azərbaycan türklərindən bəhs edilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG