Accessibility links

Şahin Xiyavlı: Beynəlxalq insan haqları iclaslarına ciddi və davamlı şəkildə qatılmalıyıq [Audio]


Şahin Xiyavlı

Şahin Xiyavlı

Güneyli fəal BMT-nin azlıqlar məsələləri üzrə forumunda etdiyi çıxışı haqqında Amerikanın Səsinə müsahibə verib

Birləşmiş Millətlər Təşkilatının insan haqları üzrə ali komissiyası ötən həftələrdə azlıqlar məsələləri forumunun 7-ci sessiyası keçirilib.

Forumda İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan türklərin problemləri ilə bağlı çıxış edən hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsinə müsahibədə forum və öz çıxışı haqqında məlumat verib.

Şahin Xiyavlının sözlərinə görə, azlıqlara qarşı zülm və zorakılıq hallarının gündəmə çıxarılması və qarşısının alınması barədə olan iclasda BMT-yə üzv ölkələrin rəsmi nümayəndələri, media, beynəlxalq insan haqları təşkilatları, eləcə də müxtəlif ölkələrdə yaşayan azlıq qruplarını müdafiə edən hüquq müdafiəçiləri iştirak ediblər.

Forumda İranda yaşayan türk, kürd və ərəb kimi etnik qruplar, həmçinin bəhayilər kimi dini azlıqların məruz qaldığı zorakılıq növləri haqqında çıxışlar oldu... İranın rəsmi nümayəndəsi də gündəmə gətirilən bəzi məsələlərə cavab verib və İranda azlıqlara qarşı hər hansı ayrı-seçkilik və zülmun olmadığını irəli sürdü.

Noyabrın 25-dən 26-a qədər davam edən iki günlük toplantıda İranda yaşayan qeyri-fars və dini azlıq cəmiyyətləri təmsilçilərindən əlavə İran İslam Respublikasının rəsmi nümayəndəsi də çıxış edib.

“Forumda İranda yaşayan türk, kürd və ərəb kimi etnik qruplar, həmçinin bəhayilər kimi dini azlıqların məruz qaldığı zorakılıq halları haqqında çıxışlar oldu. İranın rəsmi nümayəndəsi də gündəmə gətirilən bəzi məsələlərə cavab verib və İranda azlıqlara qarşı hər hansı ayrı-seçkilik və zülmün olmadığını irəli sürdü,” deyə Şahin Xiyavlı Cenevrədə təşkil olunan iclasda İranla bağlı çıxışları təsvir edir.

Norveçdə yaşayan güneyli fəal iclasdakı çıxışında Azərbaycan vilayətləri və İranın digər bölgələrində yaşayan türklərə qarşı tətbiq edilən müxtəlif zorakılıq növlərini gündəmə gətirib.

O, türklərin məruz qaldığı zorakılığı siyasi, iqtisadi və mədəni-sosial sahələrə ayıraraq, Azərbaycanda türk kimliyinin İran hakimiyyəti tərəfindən inkar edilib Azəri kimliyinə üstünlük verilməsi, Azərbaycan şəhərlərində ictimai-siyasi hərəkat və fəaliyyətlərin zorakılıqla qarşısının alınması, Azərbaycan vilayətlərində iqtisadi çətinliklərin tətbiq edilməsi, eləcə də qadınlara qarşı həyata keçirilən zorakılıq və basqıları önə çəkib.

Onun fikrincə, güneyli fəallar və insan haqları qrupları bu növ forumlar və beynəlxalq iclaslarda davamlı və ciddi şəkildə iştirak etmədikləri üçün bir çox fürsətləri itirmiş olurlar.

Show comments

XS
SM
MD
LG