Accessibility links

FORUM: Regionda yeni nüvə qüvvəsi yaranırmı?


Son illərdə İranın nüvə proqramı ABŞ və digər başlıca Qərb ölkələrinin diqqət mərkəzindəki başlıca beynəlxalq problemlərdən birinə çevrilib. İran rəsmiləri ilə bununla əlaqədar keçirilən bütün görüşlər axırda nəticəsiz qalıb. İran nüvə proqramının və Rusiyanın bu ölkədə tikdiyi nüvə reaktorlarının elektrik enerjisi əldə etmək məqsədi daşıdığını deyir və bunun üçün lazım olan uran zənginləşdirmə fəaliyyətlərinin də suveren ölkə kimi öz hüququ olduğunda israr edir. Qərb isə İranın nünə proqramı və uran zənginləşdirmə fəaliyyətləri ilə nüvə silahı əldə etməyə çalışdığını irəli sürür ki, artıq bununla əlaqədar olaraq hətda ABŞ İranın ənənəvi müdafiyəçiləri sayıla biləcək Rusiya və Çinin də iştirakı ilə BMT Təhlükəsizlik Şurasının İrana qarşı bir neçə dəfə və hər dəfəsində daha ağır sanqsiyaların qəbul edilməsinə nail olub. Sanqsiyalar dəsdəkləri qarşılığında Rusya və ən çox da Çinin israrları nəticəsində İran iqtisadiyyatını iflic vəziyyətinə salmaqdan uzaqdır. Başqa tərəfdən yanlız Qərb deyil, başda Səudiyyə Ərəbistanı olmaqla digər körfəz ölkələri hətda Türkiyədə İranın nüvə silahı əldə etməsi ehtimalından narahatdır. Əlbətdə nüvə silahına malik olan İran regionda hamıdan çox haqlı olaraq İsrail üçün narahatlıq səbəbi. Məsələnin Qərbi narahat edən digər cəhəti isə bu ölkənin Beynəlxalq Atom Enerji Təşkilatı ilə tam əməkdaşlıq etməməsi, təşkilatın müfəttişlərinin yoxlamalarına arabir imkan yaratsa da onları məhdudlaşdırması və bəzən də təftişlərə icazə verməməsi və keçən il peyklərin köməyi ilə üzə çıxarılan gizlində atom reaktoru tikməsidir. Bunlar isə Qərbin İranın niyyətləri barədə daha narahat olmasına gətirib çıxardır. Bes siz nə fikirləşirsiniz? Həqiqətən İranın nüvə silahı əldə etməyə çalışdığına inanırsınızmı. Dünyanın ən zəngin neft və qaz yataqlarına malik ölklərdən biri kimi İranın nüvə enerjisinə ehtiyacı olması sizin üçün inandırıcımıdır. İranın atom silahı əldə etməsi Azərbaycan və region üçün nədən xəbər verir. İran atom silahı əldə etmək istəyirsə bunun İranla Azərbaycanın münasibətlərinə nə kimi təsirləri olar və bunda İran azərbaycanlarının rolu barədə nə demək istəyirsin. Fikirlərini ŞƏRHLƏR BÖLMƏSİNDƏ yazın!

XS
SM
MD
LG