Accessibility links

Forum: Xalq hərəkatları ərəb dünyasına nə gətirə bilər?


Fikirlərinizi bizimlə bölüşün

Ərəb dünyasında Tunislə başlayan xalq hərəkatı bu ölkədə hakimiyyətin devrilməsi ilə nəticələnəndən sonra bu proses digət ərəb ölkələrinə də yayılmağa başladı. Belə ki, İordaniya, Misir, Əlcəzair, Suriya və s ölkələrdə hökumət əleyhdarları diktator rejiminin dərhal dəyişməsini istəyirlər. Misirdə baş verən hadisələr isə dünya ictimaiyyətinin diqqətini daha çox çəkir. 10 gündən çoxdur davam edən bu hadisələrin sonda necə nəticələnəcəyini heç kəs dəqiq söyləyə bilmir. Bəziləri Tunisdə olduğu kimi, rejimin dəyişəcəyinə inanır. Bir çoxları isə hakimiyyət dəyişəcəyi təqdirdə islamçıların hakimiyyətə gələcəyindən ehtiyatların. Bəs siz nə düşünürsünüz? Misir də daxil olmaqla, ərəb dünyasında baş qaldırmış xalq hərəkatı bu ölkələrə nə vəd edir? Fikirləriniz ŞƏRHLƏR bölməsində yazın.

XS
SM
MD
LG