Accessibility links

Martın 16-da “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda V Qlobal Bakı Forumu işə başlayıb.

Forumda Latviya, Makedoniya, Albaniya, Monteneqro, Gürcüstan prezidentləri, Səudiyyə Ərəbistanı Şahzadəsi Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri iştirak edir.

İki gün davam edəcək forumda ümumilikdə 53 ölkədən 300-dək nümayəndə, o cümlədən bir çox dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edir.

Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb.

Tədbirdə “Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış”, “Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq edilməlidir?", “Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir?", “Beynəlxalq münasibətlərdə Çinin rolu: Köhnə qaydaların tətbiqi üsullarının müzakirəsi”, “Avropanın gələcəyi”, “Ekstremizm və populizm beynəlxalq təhlükəsizliyə qarşı ən böyük təhlükə hesab edilirmi?", “Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması: Fəaliyyət planına doğru” mövzularında panellərdə davam edəcək.

Prezident İlham Əliyev açılış mərasimində çıxış edib. Əliyev dünyanın qlobal problemləri,- terrorizmə qarşı mübarizə, regional münaqişələr, miqrasiya prosesi, iqtisadi böhran, o cümlədən Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Avropa İttifaqı münasibətləri, regional iqtisadi layihələrdən danışıb.

XS
SM
MD
LG