Accessibility links

FORUM: Urmiyə və İranın başqa şəhərlərində şahidi olduğunuz hadisələr onlara münasibətinizi bölüşün


Urmiyə gölünün qurumasının qarşısını almaq üçün, bu yaxınlarda, İran Parlamentinə azərbaycanlı bəzi millət vəkillərinin verdikləri qanun lahihəsinin Parlamentin üzvlərinin əksəriyyətinin səsi ilə rədd olunması azərbaycanlıları qəzəbləndirmiş Avqustun 27-də Urmiyədə və Təbrizdə etiraz nümayişləri keçirilmiş, təhlükəsizlik qüvvələri ilə başverən toqquşmalar nəticəsində çoxlu nümayişçi yaralanmış, yüzlərlə adam polis tərəfindən saxlanmışdır. Həmin Etiraz aksiyaları və qarşıdurmalar barədə Youtube və Facebook sosial şəbəkələrində video görüntülər yayılıb.

İranın Qərbi Azərbaycan və Şərqi Azərbaycandakı şəhərlərində, o cümlədən Urmiyə və Təbrizdə şənbə günü əlavə nümayişlərin keçirilməsi nəzərdə tutulur. Ayrıca Azərbaycan Respublikası, Türkiyə və Avropanın başlıca şəhərlərində də İranda azərbaycanlıların Urmiyə gölünü xilas etmək üçün başlatdıqları kampaniyaya dəsdək üçün gələn günlərdə nümayişlər keçirilməsi planlaşdırılır. Sizdən xahişimiz interaktiv hərəkət edərək, şahidi olduğunuz hadisələri və ya hadisələrə, mövcud vəziyyətə münasibətinizi, fikirlərinizi aşağıda ŞƏRHLƏR bölməsində digər dinləyicilərimizlə bölüşmənizdir. Diqqətinizə görə indidən təşəkkürümüzü bildiririk.

XS
SM
MD
LG