Accessibility links

Açılan kimi qapadılan insan haqları sərgisi


“Azərbaycanda hüquq müdafiəçisinin işi” adlı fotosərgi

“Azərbaycanda hüquq müdafiəçisinin işi” adlı fotosərgi

Fotosərgi cəmi yarım saat açıq qalıb. Sənət Mərkəzi bildirib ki, sərginin məqsədi barədə onlara məlumat verilməyib

Martın 18-də “Xətai” Sənət Mərkəzində “Azərbaycanda hüquq müdafiəçisinin işi” adlı fotosərgi açıldıqdan dərhal sonra qapadılıb. Fotosərgi cəmi yarım saat açıq qalıb.

Sənət Mərkəzi bildirib ki, sərginin məqsədi barədə onlara məlumat verilməyib.

Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) sədri Şəhla İsmayılova isə deyib ki, əvvəlcədən administrasiyasını xəbərdar ediblər ki, sərgi insan hüquqlarına həsr olunub.

Açılış mərasimində çıxış edən Ş.İsmayılova bildirib ki, Azərbaycan İnsan Hüquqları Evinin (AİHE) tərəfdaşı olan RİQC sərgi üçün yerin icarəyə götürülməsi və mətbəələrdə fotoların çap olunması ilə bağlı problemlərlə üzləşib.

“Bizdən hər yerdə imtina etdilər və Prezident Administrasiyasından icazə almağımızı tələb etdilər, - o bildirib.

Odur ki, hüquq-müdafiə təşkilatlarının ofislərində səyyar sərgilərin keçirilməsi mümkündür.

Bugünkü tədbirə gəlincə, sərgiyə 1000-dən çox fotonun arasından seçilmiş 100-dən çox foto çıxarılıb. Onlar müxtəlif KİV-lərin fotoreportyorları tərəfindən təqdim olunub, Azərbaycanda insan hüquqları və azadlıq uğrunda asan olmayan mübarizədən bəhs edir.

İnsan Hüquqları Evinin nümayəndəsi Yekaterina Spasova qeyd edib ki, sərgi hüquq müdafiəçilərinə onların asan olmayan fəaliyyətində dəstək hesab olunur.

Bu, hüquq-müdafiə mövzusuna həsr olunmuş sayca üçüncü sərgidir. Bundan əvvəl Azərbaycanda mülkiyyət hüquqları və ifadə azadlığının müdafiəsi mövzusunda iki fotosərgi təşkil olunub.

Sərgi Norveç Xarici İşlər Nazirliyi, Avropa Komissiyası və İnsan Hüquqları Evi tərəfindən dəstəklənib.
XS
SM
MD
LG