Accessibility links

Fövqəladə hallarda sosial mediadan əldə edilən məlumatların əhəmiyyəti


Texnologiya mütəxəssisləri, hökumət işçiləri və fəallar təbii fəlakətlər və siyasi böhranlar zamanı kroud-sours (crowd-source: xalq tərəfindən göndərilən məlumatlar) informasiyalardan istifadənin təkmilləşdirilməsi yollarını tapmağa çalışırlar.

ABŞ Geoloji Sorğusundan araşdırmaçı Sofia Liu hökumət agentliklərində və düşüncə mərkəzlərində çıxış edərək onların sosial medialardan daxil olan məlumatların vacibliyi barədə xəbərdar edir.

Vaşinqtonda yerləşən Beynəlxalq Vudro Vilson mərkəzində danışan Sofia deyib ki, korporasiyalar artıq kroud-soursun vacibliyini başa düşüb.

“Onlar bundan faydalanır, öz qazancları üçün koud-soursdan strateji marketinq vasitəsi kimi istifadə edirlər. Fövqəladə hallar idarələri də bu prosesi sürətləndirməlidirlər. Görüləsi çox iş var”-deyə Sofia bildirib.

Onun sözlərinə görə, hökumət daxilində sosial media ilə daxil olan məlumatlara adekvat reaksiya verilməsində agentliklər arasında ordu istisna təşkil edir.

XS
SM
MD
LG