Accessibility links

Kreml Fox News-un üzr istəməsini tələb edir. Belə ki, jurnalist Bill Orayli ABŞ prezidenti ilə müsahibəsi zamanı Putini qatil adlandırıb.

"Biz Fox News müxbirinin belə fir ifadə işlətməsini qəbuledilməz və təhqiredici hesab edirik. Belə bir hörmətli televiziya şirkətindən üzrxahlıq tələb edirik" - deyə Putinin sözçüsü Dmitri Peskov müxbirlərə bildirib.

Donald Tramp Rusiya prezidenti Vladimir Putinə ehtiram göstərdiyini desə də, bunun onunla yola gediləcəyi demək olmadığını bildirib.



"Rusiya ilə yola getmək, getməməkdən daha yaxşıdır. Əgər Rusiya mühüm döyüş sahəsi olan İŞİD-ə qarşı mübarizədə və ümumilikdə terrorimə qarşı mübarizədə yardım etsə, yaxşı olar. Ancaq yola gedəcəyikmi? Onu bilmirəm," deyə Tramp Fox News xəbər agentliyinə müsahibəsi zamanı deyib.

Lakin Putinin "qatil" olduğunu deyən jurnalist Bill Orayliyə cavabında ABŞ dövlət başçısı deyib ki, dünyada bir çox qatil var.

"Sizcə, bizim ölkəmiz günahsızdır?" Tramp soruşub.

ABŞ Senatının əksəriyyət lideri Mitç Makkonnell CNN-nə şərh verərkən deyib ki, o, ABŞ-la Putin arasında heç bir ekvivalent görmür.

Senatda Respublikaçı çoxluğun lideri Rusiya prezidentini pisləyərək, partiyadaşı Prezident Donald Trampın fikirlərini paylaşmadığını vurğulayıb.

“Putin sabiq KQB agentidir, o, quldurdur, o normal seçkilərdə seçilməyib,” deyə Makkonnell CNN-ə bildirib.

XS
SM
MD
LG