Accessibility links

Əfqan rəsmilərinin bildirdiyinə görə, paytaxt Kabildə maşına yerləşdirilmiş bomba partlayışı, bunun ardınca digər partlayışlar və atışma baş verib.

Rəsmilər bu gün səhər Kabildə baş verən hücumun yol polisi idarəsini hədəf aldığını deyib.
Polisin sözlərinə görə, iki hücumçu polis məntəqəsinin girişində öldürülüb. Onlar digər hücumçunun binaya daxil olmağa müvəffəq olduğunu deyib. Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bu, bir həftədən az vaxt ərzində Kabildə baş verən ikinci yaraqlı hücumudur. Ötən çərşənbə günü altı Taliban yaraqlısı Kabilin mərkəzində əfqan kəşfiyyat agentliyinə hücum edərək, gözətçilərdən birini öldürüb, onlarla digər gözətçini yaralayıb. Təhlükəsizlik qüvvələri hücumçuları öldürməyə nail olub.
XS
SM
MD
LG