Accessibility links

Əfqan lideri əcnəbiləri seçki saxtakarlıqlarında günahlandırır

  • Nərminə Cəlalqızı

O, BMT rəsmilərini keçən il avqust ayının 20-də keçirilən seçkilərə müdaxilə etməkdə ittiham edib.

Əfqanıstan prezidenti Həmid Karzay xariciləri ötən il keçirilən prezident seçkilərinin geniş miqyaslı saxtakarlıqlarla müşayiıt olunmasında ittiham edib. Cənab Karzay bu gün seçki işçilərinə seçkilər prosesində saxtakarlıqlara yol verilməsində əfqan xalqının günahı olmadığını deyib. O, BMTrəsmilərini keçən il avqust ayının 20-də keçirilən seçkilərə müdaxilə etməkdə günahlandırıb. Bunlarla yanaşı Əfqanıstan lideri BMT baş katibinin keçmiş müavini Piter Qalbreysin seçkilərdə saxtakarlıqlarla bağlı öz rəhbəri ilə yaranmış mübahisə zəminində vəzifəsindən azad edildiyini deyib. BMT səslərin az qala üçdə birini etibarsız saydığına görə prezident Karzay ikinci tur seçkilərdə iştirak etməyə məcbur edilmişdi. Lakin cənab Karzayın rəqibi yarışı tərk etdiyindən ikinci raund səsvermə keçirilmədi.

XS
SM
MD
LG