Accessibility links

Əfqan liderlərinin görüşü zamanı iki raket atılıb

  • Amerikanın səsi

Əfqan liderlərinin görüşü zamanı iki raket atılıb

Əfqan liderlərinin görüşü zamanı iki raket atılıb

Əfqan rəsmiləri bildirib ki, Birləşmiş Ştatlarla münasibətləri müzakirə etmək üçün liderlərin ikinci görüşü zamanı paytaxt Kabildə yaraqlılar iki raket atıb. Rəsmilər hücumda bir nəfərin yaralandığını və raketlərdən birinin görüş keçirilənyerdən bir kilometrlik məsafəyə düşdüyünü bildirib. İkinci raket daha uzağa düşərək, tərəvəz dükanlarının şüşələrini sındırıb. Məsuliyyətini Talibanın üzərinə götürdüyü hücumla əlaqədar bir nəfər həbs edilib. Yaraqlı qrup 2000 əfqan siyasətçi, qəbilə ağsaqqalları və başqa ictimai liderlərin iştirak etdikləri dörd-günlük görüşün keçirilməsinə mane olacaqları ilə hədələmişdir.

XS
SM
MD
LG